Yermakdan Türkiyə açıqlaması: “Səbirsizliklə gözləyirik”
Ukrayna Prezident Ofisi Aparatının rəhbəri Andrey Yermak Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan ilə görüşüb.
Cumhuriyyet.az xəbər verir ki, Yermak bu barədə tviter səhifəsində yazıb.
O, 215 ukraynalı hərbçinin azad edilməsinə şərait yaratdığına görə Hakan Fidana təşəkkür edib və gələcəkdə Türkiyə ilə sıx əməkdaşlığa ümid etdiyini bildirib.
“Ukrayna Türkiyənin etibarlı tərəfdaşlığını yüksək qiymətləndirir və gələcəkdə də sıx əməkdaşlığı səbirsizliklə
gözləyir”, – deyə Yermak qeyd edib.
Short URL: https://www.cumhuriyyet.net/?p=183326