“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı
Bu gün Azərbaycan klubları üçün avrokubok mövsümünə start verilib. Cumhuriyyet.az bildirir ki, son 5 mövsümün çempionu “Qarabağ” mübarizəyə qoşulub. Çempionlar Liqasında çıxış edən təmsilçimiz I təsnifat mərhələsinin ilk oyununa çıxib. Ağdam klubu Sloveniyanın “Olimpiya” klubu ilə qarşılaşmada qüvvəsini sınayib. Ardıcıl 5-ci dəfə qitənin ən nüfuzlu klub turnirində mübarizə aparacaq Qurban Qurbanovun yetirmələri ilk oyunu səfərdə qələbə ilə başa vurub. Oyunda yeganə qolu 79-cu dəqiqədə Vild-Donald Gerye vurub.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 18-də keçiriləcək.caq.
Short URL: https://www.cumhuriyyet.net/?p=121325