BDU REKTORU TOYDA OLUBMU? – Bəs Ramil Usubov?…

23.08.2020 - 13:21

AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin böyük siyasi qalmaqala səbəb olmuş toyunda iştirak edənləri də cəzalandırmağa başlayıblar.

Belə ki, artıq BDU-nun sabiq rektoru Abel Məhərrəmov, sabiq rabitə naziri Əli Abbasov, deputat Siyavuş Novruzov və onun həyat yoldaşı, Ombudsman Səbinə Əliyeva, həmçinin Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlzadənin 400 manat cərimələndikləri rəsmən təsdiqlənib. A.Məhərrəmov, Ə.Abbasov və M.Adıgözəlzadənin polis şöbəsində çəkilmiş fotoları da yayılıb.

Dünən toyun təşkilatçıları – Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev və onun qudası Rövşən Mustafayevin 15 sutkalıq həbsə məhkum edilmələrindən sonra qonaqların da cəzalandırılacaqları gözlənilirdi. Bu səbəbdən toyda daha kimlərin iştirak etdikləri xüsusi müzakirə mövzusuna çevrilmişdi. Hələlik, yuxarıda adı çəkilənlərdən başqa hansı vəzifəli, tanınmış şəxslərin R.Mehdiyevin başına yığışdıqları məlum deyil. Təsdiqini tapmayan müxtəlif informasiyalar var. Məsələn, toyda BDU-nun sabiq rektoru ilə yanaşı hazırki rektorun – Elçin Babayevin də iştirak etdiyi iddia olunur.

Bu məlumatı tam dəqiqləşdirmək hələ ki, mümkün olmayıb. Lakin kifayət qədər mötəbər mənbələr Elçin Babayevin toyda iştirak etdiyini iddia edirlər.

Ən çox maraq doğuran daha bir sual isə R.Mehdiyevin hakim komandadakı ən yaxın dostunun – sabiq DİN rəhbəri Ramil Usubovun toyda iştirak edib-etmədiyidir.

Belə görünür ki, bu gün-sabahda bütün bu suallara aydınlıq gətiriləcək.

“AzPolitika”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=152831

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031