Baş nazirlər görüşdülər

14.04.2022 - 23:07

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 14-də ölkəmizdə rəsmi səfərdə olan Albaniya Respublikasının Baş naziri Edi Rama ilə görüşüb.

Nazirlər Kabinetindən Cumhuriyyet.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib. Albaniya Baş nazirinin səfərinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Enerji sahəsində əməkdaşlığın Azərbaycan-Albaniya əlaqələrinin əsas istiqamətlərindən birini təşkil etdiyi bildirilərək Cənub Qaz Dəhlizi layihəsinin birgə həyata keçirilməsinin önəmi qeyd edilib.

Görüşdə iki ölkə arasında siyasi əlaqələrin möhkəmləndirilməsi, əməkdaşlığın iqtisadi, ticari, enerji, sərmayə qoyuluşu, turizm və digər sahələrdə genişləndirilməsi perspektivləri ilə bağlı məsələlər geniş müzakirə olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=173591

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031