“Lotu Quli”nin öldürülməsinin təfərrüatları: hadisə yerində keçinib…

20.08.2020 - 12:41

Əfsanəvi “qanuni oğru”, “Lotu Quli” ləqəbli Nadir Səlifovun Türkiyənin Antalya kurort şəhərində yaxın ətrafına daxil olan “Xan Əhmədlinski” ləqəbli kriminal avtoritet tərəfindən  güllələnməsinin bəzi təfərrüatları məlum olub.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Nadir Səlifov Antalyanın Serik rayonunda, Boğazkent turizm mərkəzindəki restoranlardan birində “Xan Əhmədlinski” ilə şam yeməyində görüşüb. Yerli vaxtla saat 12.00 radələrində “Xan Əhmədlinski” hələlik məlum olmayan səbəblərdən ona başından atəş açıb. Qan içində yerə yıxılan Səlifov üçün yaxınlıqdakı şəxslər təcili yardım çağırıblar, ona atəş açan şəxs hadisə yerindən qaçıb.

Təcili yardım əməkdaşlarının bütün müdaxilələrinə baxmayaraq N.Səlifov hadisə yerində həyatını itirib. Onun meyiti Antalyadakı özəl xəstəxanalardan birinin morquna aparılıb. Səlifovu güllələyən şəxs isə çox keçmədən yaxalanıb.

Yerli KİV-lər Nadir Səlifovun Bakıda, Bakıxanov qəsəbəsindəki məzarlıqda atasının yanında dəfn ediləcəyini bildirir.

Maraqlıdır ki, digər məşhur kriminal avtoritet “Rövşən lənkəranski”nin İstanbulda güllələnməsi hadisəsi də avqust ayına, “Lotu Quli”nin öldürülməsi tarixindən bir gün əvvələ təsadüf edir.

Xatırladaq ki, “lotu Quli” 2018-ci ildə Azərbaycanda həbsdən buraxıldıqdan sonra Türkiyəyə yerləşib. Lakin daha sonra Türkiyə hüquq-mühafizə orqanları onu saxlayaraq ölkədən deportasiya ediblər. Kriminal avtoritet bir müddət Birləşmiş Ərəb Əmirliklərində və Balkan ölkələrində olub, yenidən, bu dəfə başqa ad-soyadla Türkiyəyə yerləşib. Onun barəsində Rusiya və Ukrayna hüquq-mühafizə orqanları tərəfindən axtarış elan edilmişdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=152664

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031