Rubl bahalaşdı

06.04.2022 - 23:33

Dolların məzənnəsi fevralın 21 və 18-dən sonra ilk dəfə müvafiq olaraq 80 rubldan, avro isə 86 rubldan aşağı düşüb.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Moskva birjası məlumat yayıb.

Belə ki, Moskva vaxtı ilə saat 18:55-ə olan məlumata görə, avronun məzənnəsi enişini 6,45%-ə qədər sürətləndirərək, 85,6 rubla çatıb, dolların məzənnəsi 79,01 rubla (-5,16%) düşüb. Dolların məzənnəsi Moskva vaxtı ilə saat 18:59-a 3,61% – 79,70 rubla, avro isə 4,5% azalaraq 87 rubla düşüb.

Çərşənbə günü ticarətin açılışında dollar və avro çoxistiqamətli dinamika nümayiş etdirib. Dollar 83,31 rubla ticarət edilib, avro isə 0,22% ucuzlaşaraq, 91,3 rubl olub.

Xatırladaq ki, Ukraynaya qarşı müharibənin başlamasına bir gün qalmış 1 ABŞ dolları 80 rubla bərabər olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=173023

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031