Azərbaycan Güləş Federasiyasının yeni prezidenti məlum oldu
Azərbaycan Güləş Federasiyasının (AGF) yeni prezidenti müəyyənləşib.
“Report”un məlumatına görə, bu vəzifədən istefa vermiş sabiq vergilər naziri Fazil Məmmədovu Namiq Əliyev əvəzləyib. Əliyev Məmmədovun rəhbərliyi dövründə I vitse-prezident kimi çalışıb, istefasından sonra isə federasiya prezidenti əvəzi olub.
Xəbəri “Report”a AGF-dən də təsdiqləyiblər.
Qeyd edək ki, Namiq Əliyev həm də Dünya Güləş Birliyinin büro üzvüdür. Fazil Məmmədov isə AGF-yə 2007 – 2018-ci illərdə rəhbərlik edib. O, hazırda Azərbaycan Otüstü Hokkey və Azərbaycan Velosiped İdmanı federasiyalarının prezidenti kimi qalır.
Short URL: https://www.cumhuriyyet.net/?p=154681