Ermənilər hərbi təlimlərdən imtina edir

25.07.2023 - 14:51

Ermənistanın Azərbaycanla həmsərhəd Tavuş rayonunda yerli sakinlər hərbi təlimlərdə iştirak etmək istəmirlər.

Cumhuriyyet.net xəbər verir ki, bu barədə “Aravot”un keçmiş jurnalisti Voskan Sərkisyan öz Feysbuk səhifəsində yazıb.

“Tavuş vilayətində 25 günlük hərbi təlimə iştirakçıların cəlb edilməsinə başlanılıb. Nikol Paşinyana, hakimiyyət orqanlarına, Müdafiə Nazirliyinə və Baş Qərargaha demək olar ki, ümumbəşəri etimadsızlıq fonunda sərhəd bölgəsinin kişiləri bu təlim düşərgələrində iştirak etmək istəmirlər. Hətta hərbi komissar təlim-məşq toplanışında iştirakdan imtina edənlərin bəzilərini mühakimə etməyi təklif edib. O hesab edir ki, bu, başqalarına dərs olmalıdır. Amma Tavuş bölgəsində təlim-məşq toplanışında iştirakdan imtina edənlərə qarşı heç bir məhkəmə prosesi və ya hökm çıxarılmayıb”, – o bildirib.

Jurnalist vurğulayıb ki, Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olub kapitulyasiyaya imza atdıqdan sonra qəbul üçün minimum baryeri keçə bilməyənlərə Vazgen Sərkisyan adına Hərbi Ali Məktəbə daxil olmaq təklif edilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=193568

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031