Azərbaycanla sərhəddə ciddi problem var – Sərkisyan

26.07.2023 - 15:10

Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə yerləşən 3-cü Ordu Korpusunda vəziyyət acınacaqlıdır.

Cumhuriyyet.net xəbər verir ki, bunu “Aravot”un keçmiş jurnalisti Voskan Sərkisyan öz Feysbuk səhifəsində yazıb.

“Polkovnik Aleksandr Çakanyan korpus komandiri vəzifəsinə təyin edildikdən sonra onun tabeliyində xidmət etmək istəməyən bir çox zabit raport yazıb və işdən çıxıb. Bu barədə mənə 3-cü Ordu Korpusunun hərbçiləri deyiblər. Zabitlərin işdən çıxarılması nəticəsində burada bir çox vəzifələr boş qalıb. Eyni zamanda, korpusda döyüş postlarının təşkilində də problemlər var. Ermənistan Müdafiə Nazirliyinin Baş Hərbi Müfəttişliyi 3-cü Ordu Korpusunun vəziyyətini mənfi qiymətləndirib və buna görə də korpus komandiri polkovnik Çakanyan general rütbəsi almayıb”, – o bildirib.

Sərkisyan qeyd edib ki, Müdafiə Nazirliyində Çakanyanın korpus komandiri vəzifəsindən azad edilməsi məsələsi qaldırılıb:

“Lakin müdafiə naziri Papikyan onun vəzifəsini davam etdirməsində maraqlı olduğu üçün Çakanyanın işdən çıxarılmasına icazə verməyib. 3-cü Ordu Korpusunun bir qrup zabiti cinayət işi çərçivəsində istintaqa cəlb olunub. Yaxın vaxtlarda onlar haqqında da məlumat verəcəyəm”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=193625

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031