Düşmənə öldürücü zərbələr vuran Hikmət: “Erməni hərbi hissəsinə girdik…” (VİDEO)

17.11.2020 - 10:31
Cəbrayıl və Füzuli istiqamətindəki hərbi əməliyyatlarda düşmənə öldürücü zərbələrin vurulmasında iştirak edib, döyüş meydanından yaralı hərbçilərimizi çıxararkən özü də xəsarət alıb…
Qaynarinfo Xəzər TV-yə istinadla xəbər verir ki, söhbət leytenant Hikmət İbrahimovdan gedir.
Bu qəhrəman, müharibə zamanı yaralansa da, döyüşü davam etdirib. Bir neçə gün sonra yenidən yaralandığından müalicə üçün paytaxt Bakıya göndərilib. O, ilk xəsarəti Cəbrayıl rayonu ərazisində alıb.
Bölük komandiri vəzifəsini icra edən Hikmət İbrahimovun tabeliyindəki dəstə Füzulinin Yuxarı Əbdürrəhmanlı kəndi ərazisində düşmənin şiddətli atəşinə məruz qalıb. Elə həmin döyüşlərdə də o bədəninin 4 nahiyəsindən yaralanıb və fəqərəsi sınıb.
Hərbçimizin sözlərinə görə, döyüş yoldaşları erməniləri ərazidən qovduqdan sonra çoxlu sayda texnikanı ələ keçiriblər. Onların içərisində hətta erməni generalın avtomobili də olub.
Qəhrəman hərbçimiz hələ də bədənində qəlpələrlə yaşayır. Hikmət İbrahimov Yunus və Yusif adlı iki övladını əsl vətənpərvər kimi böyütmək istəyir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157341

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031