DİN Milli Məclisin deputatını CƏRİMƏLƏDİ

28.06.2021 - 09:56

 

DİN Milli Məclisin deputatını CƏRİMƏLƏDİ

 

Səbail rayon Polis İdarəsi Milli Məclisin deputatı Ramil Həsənov, onu müşaiyət edən şəxslər və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev arasında bu gün səhər saatlarında Bakıdakı “Four Seasons” otelində baş vermiş çəkişmə barədə araşdırma aparıb.

DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov “VirtualAz”a bildirib ki, araşdırma nəticəsində həmin çəkişmədə 10 nəfərin iştirakı müəyyən olunub. Onların hamısı Səbail rayon Polis İdarəsinə dəvət olunublar. Araşdırma nəticəsində müəyyən olunub ki, otelin foyesində sözlü mübahisə baş verib.

Ancaq Milli Məclisin deputatı Ramil Həsənov karantin rejiminin tələblərini pozub və qapalı məkanda tibbi maskadan istifadə etməyib. Bununla bağlı deputat İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə cərimələnib. Vəkil Muxtar Mustafayevə isə xəbərdarlıq edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=164578

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031