Cazibədar model qəribə yarışda iştirak üçün tərəf müqabili axtarır
Böyük Britaniyada yaşayan rusiyalı model Mariya Liman pərəstişkarlarına müraciət edib.
Oxu.Az xəbər verir ki, M.Liman “Instagram” səhifəsində “wife-carrying” (Böyük Britaniyada ənənəvi arvaddaşıma çempionatı – red.) üzrə dünya çempionatında iştirak etmək üçün özünə tərəf müqabili axtardığını bildirib.
Rusiyalı model çoxdandır bu yarışmada iştirak etmək arzusunda olduğunu vurğulayıb.
Short URL: https://www.cumhuriyyet.net/?p=151550