Həbsdə olan beşqat dünya çempionu başqa bir cinayət işində bəraət aldı

02.09.2020 - 11:06

“Neftçi” idman klubunun kikboksinq bölməsinin rəhbəri, “Xocalı” idman klubunun prezidenti, kikboksinq üzrə beşqat dünya çempionu, hazırda həbsdə olan Ehram Məcidov barəsində daha bir cinayət işi var.

Musavat.com xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində vəzifə saxtakarlığında iştirakda və sübutları saxtalaşdırmada təqsirləndirilən Ehram Məcidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hökmə əsasən Ehram Məcidovun cinayət əməli sübuta yetirilmədiyindən onun barəsində bəraət hökmü çıxarılıb.

Hökmdən nazarı qalan prokuror apellyasiya protesti verib. Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baş tutan prosesdə prokurorun şikayəti təmin edilməyib.

Xatırladaq ki, Ehram Məcidov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsi isə onun cəzasını ağırlaşdıraraq 6 il 6 ay etmişdi.

Ali Məhkəmə isə idmançının şikayətini təmin edib və onun cəzasını azaldıb. Ehram Məcudovun cəzası 6 il 6 aydan 3 ilə endirilib.

Bildirək ki, bu iş üzrə zərərçəkmiş şəxs Ehram Məcidovun qayınatası, 1953-cü il təvəllüdlü Bəhruz Dilbazidir. Davaya səbəb ailə münaqişəsi zəminində başlayan mübahisələr idi.

Ehram Məcidov qayınatası Bəhruz Dilbazini döyməkdə ittiham edilir.

Ona qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülmüşdü.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=153402

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031