Sülh müqaviləsi: Ermənistanın və regionun gələcəyi üçün vacib şərt

24.05.2021 - 18:16

 

Sülh müqaviləsi: Ermənistanın və regionun gələcəyi üçün vacib şərt

 

Azərbaycan və Ermənistan müharibəsi başa çatdı. I Qarabağ müharibəsindən pozulan ədalət 30 il sonra II Qarabağ müharibəsi ilə bərpa edildi və regionun inkişafına 30 ildir mane olan məsələ bitdi. İndi regionun təhlükəsiziyinin bərpa edilməsi və inkişafı üçün ciddi perspektivlər yaranıb. Bu prosesdə bütün qüvvənin tərəflər arasında sülh müqaviləsinin imzalanması istiqamətində sərf edilməsi əsas şərtdir.

Tarixdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması və regionda sülhün davamlı olması üçün kifayət qədər təcrübə mövcuddur.

1978-ci ildə imzalanan Kemp-Devid müqaviləsi ilə İsrail və Misir arasındakı müharibəyə son qoyuldu. İki dövlət 40 ildən çoxdur əməkdaşlıq edirlər.

1991-1995-ci illərdə keçmiş Yuqoslaviya ərazisindəki müharibələr də nə qədər ağır nəticələrə səbəb olsa da, sonda həll edildi. 1995-ci ildə imzalanan Deyton sazişi (Güc diplomatiyası) Bosniyada vətəndaş müharibəsinə, həmçinin Xorvatiya müharibəsinə son qoydu. Belə nümunələr kifayət qədərdir. Hətta I və II dünya müharibələrinin ağır nəticələrinin olmasına baxmayaraq, yenə də başa çatdı və dünyanın təhlükəsizliyi əsas prioritetə çevrildi.

Azərbaycan və Ermənistan müharibəsi də artıq başa çatıb və regionun gələcəyi üçün sülh müqaviləsinə ehtiyac var. Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş nazirinin imzaladığı 10 noyabr bəyanatı Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üçün əsas bazadır. Tarixi təcrübə və baza mövcuddur, əsas siyasi iradədir.

Azərbaycan bu siyasi iradəni nümayiş etdirir. Prezident İlham Əliyev münaqişə və müharibə səhifəsinin bağlanması, Azərbaycanın Ermənistanla sülh razılaşması üzərində işə başlamağa hazır olması, istənilən potensial hərbi qarşıdurma riskinin minimuma endirilməsi və ya aradan qaldırmaq üçün sülh razılaşmasına ehtiyac olduğunu dəfələrlə bəyan edib və müvafiq təklif irəli sürüb.

Azərbaycan lideri mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirilən müzakirələrində bu məsələni yenidən gündəmə gətirdi.

Dövlət başçısı bildirdi ki, nə baş verməsindən asılı olmayaraq, biz bir daha gələcəyə baxmalıyıq: “Mən dəfələrlə açıq şəkildə demişəm ki, biz səhifəni bağlamalıyıq, gələcəyə baxmalıyıq. Biz artıq təklif vermişik, lakin əfsuslar olsun ki, Ermənistan rəhbərliyi cavab verməyib. Mən dəfələrlə demişəm ki, biz Ermənistanla sülh razılaşması üzərində işə başlamağa hazırıq. Müharibəyə son qoymaq, istənilən potensial hərbi qarşıdurma riskini minimuma endirmək və ya aradan qaldırmaq üçün bizim Ermənistanla sülh razılaşmasına, sərhədlərin delimitasiyasına ehtiyacımız var. Bütün bunlar üçün birgə səylərə ehtiyac var, biz bunu birtərəfli qaydada edə bilmərik”.

Azərbaycan regionun gələcəyi üçün vacib olan sülh müqaviləsinin imzalanmasına hazır olduğunu təkcə bəyanatlarla yox, əməli addımlarla da nümayiş etdirib. Müharibədən sonra Ermənistana edilən humanitar, iqtisadi və kommunikasiya xarakterli jestlər bunun nümunəsidir.

– Müharibə əsirlərinin hamısını, hətta erməni qoşunları qaçıb gedərkən tərk edilən mülki şəxsləri dərhal azad etdi;
– Erməni qoşunların qoyub qaçdığı çoxsaylı yaşlı erməniyə qayğı göstərildi, onlar xəstəxanalarda yerləşdirildi və sağ-salamat Qırmızı xaç Komitəsinə təhvil verildi;
– Müharibədə ölən erməni əsgərlərin təxminən 1600 nəfərinin cəsədi Ermənistana qaytarıldı;
– Ermənistan vətəndaşlarına işğaldan azad edilən ərazilərimizdən keçərək, Ermənistan şəhərlərini birləşdirən magistral yolun 21 kilometrliyindən istifadə etməyə icazə verilib;
– Rusiyanın “Qazprom” şirkətinə təmir işlərinin aparıldığı vaxt Azərbaycan ərazisindən Ermənistana təbii qaz nəql etməyə şərait yaradıldı;

Ermənistan tərəfindən isə bunun qarşılığında heç bir addım atılmayıb. I Qarabağ müharibəsində həlak olan hərbçi və mülki şəxslərin cəsədlərinin axtarışına şərait yaratmadılar. I Qarabağ müharibəsindən sonra 4000 Azərbaycan hərbçisi hələ də itkindir. Ermənistan əksəriyyətini qətlə yetirdiyi bu hərbçilər haqqında nə məlumat verir, nə də cəsədlərini. II Qarabağ müharibəsindən sonra da eyni mövqeyi davam etdirirlər. Mina xəritələrinin verilməməsi bunun əyani sübutudur. Müharibə başa çatandan sonra işğaldan azad edilmiş ərazilərdə 100-dən çox şəxs minaya düşərək, həlak olub. Ermənistan isə əlində mövcud olan bir milyon minanın basdırıldığı xəritəni verməkdən imtina edir. Məqsəd işğaldan azad edilən ərazilərin bərpa edilməsi prosesini gecikdirməkdir.

Azərbaycan və Ermənistan arasındakı əsas fərq budur. Hərçənd, Ermənistanın sülh prosesinə mane olacaq addımları, sülh müqaviləsini imzalanmasına yanaşmaması ilk növbədə bu ölkənin özünün ziyanınadır. Çünki sülh müqaviləsi və Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması çoxillik münaqişəyə birdəfəlik son qoyulması, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, iqtisadi cəhətdən ciddi problemlərlə üz-üzə olan Ermənistanın iqtisadi dirçəlişi, ölkələr arasında siyasi, iqtisadi, humanitar əlaqələrin qurulması və inkişafı, son nəticədə isə Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsi, əməkdaşlıq mühitinin formalaşması və ümumqafqaz ideyasının reallaşmasını şərtləndirə bilər.

Bir sözlə, sülh müqaviləsinin imzalanmasından Ermənistan və bütün region qazanacaq. Üçüncü tərəflərin, eləcə də beynəlxalq təşkilatların bu məsələ ilə bağlı əsas vəzifəsi də Ermənistanla Azərbaycan arasında etimadın gücləndirilməsi tədbirlərinə töhfə vermək və sülh müqaviləsinin imzalanmasını təşviq etməkdir. Bunun əksi olacaq davranışlar və addımlar Ermənistanın özünə, o cümlədən, regionun gələcəyinə və təhlükəsizliyinə zərər vurur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=163861

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031