Paşinyan Ermənistanın İranla münasibətlərindən danışdı

14.06.2022 - 12:20

Ermənistanın baş naziri Nikol Paşinyan qonşu dövlətlərlə, xüsusən də İranla münasibətlərə toxunub.

Cumhuriyyet.az xəbər verir ki, Nikol Paşinyan Əl-Cəzirə telekanalına verdiyi müsahibədə Ermənistanın dörd ölkə ilə qonşu olduğunu, onlardan ikisi ilə çox yaxşı münasibətlərə malik olduqlarını qeyd edib.

Baş nazir həmin ölkələr kimi Gürcüstan və İranı nəzərdə tutduğunu vurğulayıb.

“İran bizim üçün dost ölkədir, Azərbaycanla da yaxşı münasibətləri var. Və biz Azərbaycanla yaxşı münasibətləri olan ölkələrlə də yaxşı münasibətlərə malik olmamaq fikrində deyilik. İndi bizim İranla çox sıx əlaqələrimiz var. Hazırda biz İran və Ermənistan arasında kommunikasiyaların inkişafı üzərində işləyirik, indi Şimal-Cənub adlı çox mühüm magistralın tikintisi ilə məşğul oluruq. Bu magistral Ermənistanı Gürcüstan və İranla əlaqələndirəcək. Ümid edirik ki, bu proqram nəticəsində İranla iqtisadi əlaqələrimiz daha da inkişaf edəcək. Yeri gəlmişkən, İranla azad ticarət sazişi imzalanıb ki, bu da bizim ikitərəfli münasibətlərimiz kontekstində çox vacibdir”, – Paşinyan bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=176728

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031