Hakimiyyətin mitinq qorxusu

05.03.2019 - 17:46

Bütün əngəllərə baxmayaraq 19 yanvar mitinqində müşahidə edilən kütləvilik və coşğu hakimiyyət orqanlarında ciddi narahatlıq doğurub. Meydandakı etirazın gözlənilməz nəticəsindən və digər amillərdən sonra, hakimiyyət Mehman Hüseynov barəsində cinayət işini ləğv etməli oldu.
Eyni zamanda geri addım atdığı qənaəti yaranmasın deyə, mitinqdə iştirak edən şəxslərə və təşkilatçılara qarşı ölkəboyu basqı həyata keçirməyə başladı. Bununla cəmiyyətdə yüksələn fəallığı zəiflədəcəyini zənn edirdi.
Lakin müşahidələr göstərdi ki, bu basqılar etirazçı kəsimi nəinki qorxutdu, əksinə daha da əzmlə 26 yanvar mitinqinə hazırlığa sövq etdi.
İqtidar dilemma qarşısında qalmışdı. Prosesləri siyasi vasitələrlə idarə etməyi bacarmayan hökumət, yalnız zor aparatının təsirlərinə ümid edirdi. Son anda aydın oldu ki, əgər 26 yanvar mitinqi də kütləvi alınsa, o zaman hakimiyyətin əlində heç bir təsirli riçaq qalmayacaq və qarşısıalınmaz proseslər başlayacaq.
Deməli, yeganə yol mitinqə razılıq verməmək oldu. Dərindən analiz etdikdə, iqtidarın bu yanaşması da risklidir və uzun müddət davam edə bilməz. Görünən budur ki, hakimiyyət cəmiyyətdəki gərginliyin artıq fərqindədir.
Müxalifətə gəldikdə, o, bu prosesdən üstünlük əldə edib. Siyasi təfəkkürü formalaşmış vətəndaşlar müxalifətin üstünlüyünü anlayır, onu fəal və bəzi hallarda rəğbətlə müşahidə edir. Müxalifət bu durumu qoruyub saxlamağa çalışarsa, həm cəmiyyətə həm də müxalifətə faydalı ola bilər. Odur ki etirazçı kəsimin mövsümi çılğın ovqatına, tələskən reaksiyalarına uymaq ciddi yanlışlıq olar.
Bu mərhələdə müxalifəti siyasi baxımdan zəiflətmək üçün iqtidarın çoxsaylı mürəkkəb gedişləri istisna deyil. Süni idarə edilən radikallıqla müxalifəti yeni müstəviyə çəkmək istiqamətində planlı çalışmalar nəzərə çarpır.
Xüsusilə də hakimiyyət daxilində mövqeləri tədricən zəifləyən bəzi qruplar özlərinin müstəsna əhəmiyyətini sübut etmək üçün ölkədə istənilən təhlükəli addımlar atmaq iradəsindədir.
Keçən il, iyulun 10-da Gəncədə belə bir eksperimentin sınaqdan keçirildiyi barədə gümanlar hələ də qalır. Ümumi gərginlik fonunda Bakıda və ya Sumqayıtda da müxalifətin iştirakı ilə oxşar addımlara cəhd oluna bilər. Hakimiyyətdəki təsir qrupları ilə gizli əlaqələrdə olduqları ehtimal edilən maskalanmış şəxslərin və bəzi dairələrin şübhəli davranışları da diqqətdən qaçmamalıdır. O istiqamətdə planlı çalışmalar və hazırlıqlar aparıldığı barədə səthi məlumatlar da sızmaqdadır.
Müxalifət bu mərhələdə razılaşdırılmamış aksiyalara meyl etməməlidir. Dinc və kütləvi etirazlara çox ciddi şəkildə hazırlıq aparılması vacibdir. Xüsusilə də sosial şəbəkələr üzərindən virtual ictimai rəy yaratmaq istiqamətində çalışan mütəşəkkil şəbəkələrin mövcudluğunu mütləq nəzərə almalıdır.
Hakimiyyət siyasi vasitələrdən məhrum olduğunun ona çox baha başa gəldiyinin fərqindədir. Faktiki olaraq hakimiyyətin mövcudluğu tamamilə güc strukturlarının üzərində durur. Sanki hakimiyyət özünü girovluğa salıb. Bu hal hakimiyyət üçün fors-major və qorxulu gələcək vəd edir. Çox güman ki tezliklə bu durumdan çıxmaq istiqamətində addımlar atılacaq.
Müxalifət indi tələsmədən, təmkinlə, hazırlığını davam etdirməli, sosial şəbəkələr üzərindən daha peşəkar və sistemli siyasət yürütməlidir.

Elxan Məmmədli

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=135379

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031