Bakıda ana və oğlu dəm qazından boğulub
Bakıda ölüm hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Qaradağ rayonun Ələt qəsəbəsində qeydə alınıb. Qəsəbənin Şıxlar adlanan ərazisində yaşayan Sevda Xaliqova və oğlu, 2002-ci il təvəllüdlü Kamran Xaliqov yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.
Faktla bağlı Qaradağ rayon Prokururluğunda araşdırma aparılır.
Short URL: https://www.cumhuriyyet.net/?p=137612