İqbal Ağazadənin Mehmandarov küçəsində növbəti görüşü oldu

27.01.2020 - 22:33

35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd, Ümid Partiyasının sədri, Qarabağ qazisi İqbal Ağazadənin Mehmandarov küçəsinin sakinləri ilə görüşündə bir daha izdiham yaşandı.
Çıxış edən İ. Ağazadə sözü gedən dairənin digər namizədlərinə səsləndi: “Sizlər bu gün bu küçələrin ən xırda problemlərini belə deyə bilmirsinizsə sabah parlamentdə necə dilə gətirəcəksiniz? Sizin buna cəsarətiniz olacaqmı? Niyə bu insanları aldadırsınız? Bu seçicilər kimə səs verəcəklərini yaxşı bilir və siz narahat olmayın”.
İ. Ağazadə çıxışında məhəlli və ölkə problemlərindən danışıb, onların həll yollarını dilə gətirib. O,bildirib ki, pensiya yaşı aşağı salınmalı, təqaüdlər artırılmalı, uşaq pulu bərpa edilməlidir.
Sonda İ. Ağazadə seçiciləri dinləyərək onların suallarına cavab verib və hər bir seçiciyə bu soyuq havada onunla görüşə gəldiyi üçün təşəkkürünü bildirib.
Seçicilər bir nəfər kimi bildiriblər ki, seçkiyə qatılacaq və İ. Ağazadəyə səs verəcəklər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=141669

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031