Dünya şöhrətli kardiocərrah Kijəbə qəsəbəsinin seçiciləri ilə görüşüb…

31.01.2020 - 20:07

Milli Məclisin üzvlüyünə namizəd, dünya miqyaslı kardiocərrah Rəşad Mahmudov seçicilərlə növbəti görüşünü keçirib.

 

Cumhuriyyet.az xəbər verir ki,  məşhur cərrahın Kijəbə qəsəbəsindəki görüşündə əsl izdiham yaşanıb.

 

Tədbirdə çıxış edən qəsəbə sakinləri, arzu və istəklərini dilə gətirməklə yanaşı, ümummilli lider Heydər Əliyevin dönəmindən bu günə qədər qəsəbədə görülən işlərə, vətəndaşlara göstərilənm qayğıya da diqqət çəkiblər. Qəsəbə sakinləri vurğulayıb ki, prezident İlham Əliyevin bütün ölkədə apardığı abadlıq və quruculuq işi özünü doğma qəsəbələrində də hiss etdirir və bu proses insanların yaşam şəraitini, gündəlik həyatlarını daha da asanlaşdırır.

 

Sosial şəbəkədəki hesabında bugünkü görüşdən bəhs edən R.Mahmudov, vətəndaşlara öz təşəkkür və minnətdarlığını bildirib:

 

“Kijəbə qəsəbəsində seçicilərimlə izdihamlı görüşümüz oldu. Qəsəbə sakinləri Ulu Öndər Heydər Əliyevin qəsəbəyə 6 dəfə səfər edərək xüsusi diqqət göstərməsindən və cənab Prezidentimiz İlham Əliyevin də yüksək qayğısından qürurla söz açdılar. Bu seçkidə də ölkə başçısının yanında olmaqla, lideri olduğu YAP namizədini dəstəkləyəcəklərini birmənalı olaraq vurğuladılar.

TƏŞƏKKÜRLƏR KİJƏBƏ!!!”

 

Seymur ƏLİYEV

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=142118

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031