Rəşad Mahmudov daha bir dağ kəndində seçicilərlə görüşüb

06.02.2020 - 17:22

Deputatlığa namizəd, məşhur kardiocərrah Rəşad Mahmudov bu gün Astara rayonunun daha bir dağ kəndində – Hamoşamda seicilərlə görüşüb.

 

Cumhuriyyet.az xəbər verir ki, kənd sakinlərinin böyük marağına səbəb olan görüşdə vətəndaşlar onları maraqlandıran məsələlərdən bəhs edib, görülən işlərə görə öz minnətdarlıqlarını bildirməklə yanaşı, bəzi təkliflərə də çıxış ediblər.

 

Rəşad Mahmudov sosial şəbəkədəki hesabında Hamoşam kəndindəki görüşlə bağlı yazıb:

 

“Bu gün rayonumuzun ən ucqar dağ kəndi olan Hamoşam kəndində seçicilərimlə görüşdüm. Seçicilərimin mütəşəkkilliyi və səmimiliyi görüşümüzü daha da maraqlı etdi. Son illər bu ərazidə görülmüş möhtəşəm işlərə, xüsusən, çəkilən asfalt yollar və tikilən müasir məktəb binalarına görə cənab Prezidentə dualar edən sakinlərdən müsbət enerji aldım. Turizm potensialı yüksək olan bu dağ kəndlərində bu sektorun inkişaf etdirilməsi yolları barəsində fikir mübadiləsi apardıq. Seçicilər 9 fevralda bütün bu inkişafın qarantı olan YAP sədri cənab İlham Əliyevin siyasətini dəstəkləyərək iqtidar partiyasının namizədinə səs verəcəklərini bildirdilər.

Təşəkkürlər, HAMOŞAM!!!”

 

Seymur ƏLİYEV

 

 

 

 

 

 

 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=142586

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031