Rəşad Mahmudov Astara şəhərindəki seçicilərlə görüşdü

06.02.2020 - 22:56

Deputatlığa namizəd, dünya şöhrətli kardiocərrah Rəşad Mahmudov Astara şəhərindəki seçicilərlə görüşüb.

 

Cumhuriyyet.az xəbər verir ki, cəmiyyətin bütün təbəqələrinin böyük maraq göstərdiyi görüşdə xalq YAP namizədini sevinc və məmnunluqla qarşılayıb, bundan sonra da prezident İlham Əliyevin siaysətini dəstəkləyəcəyini bəyan edib.

 

R.Mahmudov sosial şəbəkədəki hesabında Astara sakinlərinə öz minnətdarlığını bildirib:

 

“Yüksək əhval-ruhiyyə ilə qayıtdığım Hamoşam kəndindən sonra Astara şəhərində seçicilərimlə görüşdüm. Ağsaqqalların, ağbirçəklərin xeyir-duasını almaq, gənclərin innovativ ideyalarını eşitmək həqiqətən də insanı ruhlandırır və məsuliyyət hissini daha da artırır.

 

Yeni Azərbaycan Partiyasının namizədi kimi təşviqat dövrümdə keçirdiyim bütün görüşlərdə böyük coşqu və sevgi ilə qarşılanmağım bir daha sübut etdi ki, Ulu Öndərimiz Heydər Əliyevin dediyi kimi: “Astaralılar daim dövlətə və dövlətçiliyə sadiqdir.”

 

Seçicilərimin “Azərbaycanın cənub qapısı olan Astaramız təmiz rayondur. Biz bu paklığı qorumalıyıq. Heç vaxt imkan vermərik ki, özlərini müxalifət adlandıran, xarici himayədarlarına köləlik edən ünsürlər rayonumuzun adına ləkə salsınlar. Müstəqil dövlətimizin bu inkişafını, bu sabitliyi, bu əmin-amanlığı görmək istəməyən, sağlam düşüncə və sağlam rəqabətdən uzaq olan belələrinə aramızda yer yoxdur! Biz uşaqdan böyüyə hamılıqla İlham Əliyevin ən yaxın köməkçiləri və dayağıyıq. Allah bizi işıqlı gələcəyə doğru inamla aparan cənab Prezidentimizi, onun xanımı Mehriban Əliyevanı qorusun! Yaşasın Azərbaycanımız, Yaşasın gündən-günə yenilənən Astaramız!” deməsi məni bir astaralı kimi daha da qürurlandırdı.

 

Mən də öz növbəmdə söz verirəm ki, əgər seçilsəm, mənə göstərilən etimadı yüksək səviyyədə doğrultmağa çalışacağam. Bundan sonrakı fəaliyyətimdə də daim dövlətimə və xalqıma ləyaqətlə xidmət edəcəyəm.

 

Bir daha məni öz doğmanız kimi qəbul edib, isti və səmimi münasibət bəslədiyinizə görə hər birinizə dərin minnətdarlığımı bildirirəm.

Təşəkkürlər, ASTARA!!!”

 

Seymur ƏLİYEV

 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=142598

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031