İŞİD Beyrutdakı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb – İDDİA
Xəbər verdiyimiz kimi, avqustun 4-də Livanın paytaxtı Beyrut şəhərində limanın 12-ci blokunda, anbarların olduğu yerdə dəhşətli partlayış baş verib. Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.
Hadisədən dərhal sonra Livanın Baş Naziri Həsən Diyab “söz verirəm, fəlakətin səbəbkarlarından hesabat istəyəcəyik”, – deyə, sərt açıqlama verib. Qeyd edək ki, Livanın Səhiyyə naziri Həsən Hamad hadisə nəticəsində 100-dən çox insanın öldüyünü, 4 mindən çox insanın isə yaralandığını bildirib.
Musavat.com
Short URL: https://www.cumhuriyyet.net/?p=151744