Dövlət şəhid ailələri və qazilərə daim diqqət və qayğı göstərir – Fotolar

10.12.2021 - 10:09

Qazaxlı Vətən müharibəsi qazisi Röyal Kərimovun iki otaqlı yarımçıq tikilidən ibarət olan evi əsaslı şəkildə yenidən qurulub

PİA.az xəbər verir ki, bu gün ölkəmizdə Respublika Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərilən dövət qayğısı Qazaxda da hər zaman örnək götürülür. Bu amili daim əldə rəhbər tutan rayon rəhbərliyi şəhid ailələrini və qazilərimizi daim diqqətdə saxlayır.

44 günlük Vətən müharibəsində qazanılan Qələbədə payı olan, döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini Kərimov Röyal Şəadət oğlu da daim qayğı ilə əhatə olunur.

Ötən il oktyabrın 29-da Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə snayper gülləsi ilə vurularaq bədəninin bir çox orqanları zədə alan Röyal Kərimova göstərilən qayğının nəticəsidir ki, Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə qazimizin yaşadığı ev özünün arzuladığı kimi əsaslı şəkildə təmir olunub. Əvvəl 2 otaq və yarımçıq tikilidən ibarət olan ev demək olar ki, yenidən qurulub. 2 yataq otağı və 1 böyük zal tikilərək, 2 yataq otağı və 1 mətbəx isə təmir olunaraq tam yaşayış vəziyyətinə gətirilib. Bu günlərdə əsaslı şəkildə yenidən qurulan 5 otaqlı ev qazimizin ailəsinə təhvil verilib. Bu, Röyal Kərimovun timsalında dövlətin qazilərimizə olan növbəti qayğısıdır.

Hazırda Bakı şəhərində reabilitasiya mərkəzində müalicəsini davam etdirən qazi Röyal Kərimovu bu münasibətlə təbrik edir, tezliklə sağlamlığına qovuşub həmin evdə ailəsi ilə xoşbəxt yaşamasını arzulayırıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=168626

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031