Azərbaycanın müdafiə xərcləri nə qədərdir? – RƏQƏMLƏR

26.06.2022 - 12:51

“Ordumuzun hər zaman gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Möhkəm maddi-texniki baza güclü ordu üçün əsas şərtlərdən biridir və hər zaman Azərbaycanda prioritet olaraq qalmaqdadır”.

Cumhuriyyet.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, 2022-ci ilin dövlət büdcəsinə edilən dəyişikliklərdə müdafiə və milli təhlükəsizlik xərcləri daha 13.2 faiz artırılaraq 5 milyard 84 milyon manata çatdırılır:

“Bu, yeni dəyişikliklər ilə müdafiə xərclərinə 594 milyon manat əlavə edilməsi deməkdir. Azərbaycanın müdafiə xərcləri Ermənistanın ümumi dövlət büdcəsi xərclərinin 60 faizi qədərdir. Bu ölkənin regional gücünü göstərən müqayisəli meyarlardan biridir. Savaşın başa çatmasına baxmayaraq, yerləşdiyimiz həssas region müdafiə qabiliyyətinin hər zaman daha da gücləndirilməsini tələb edir. Təbii ki, yalnız bütün region ölkələrinin bir-birilərinin ərazi bütövlüyünü tanıması bölgə üçün dayanıqlı sülh gətirə bilər. Bu sülhün qarantı da məhz güclü Azərbaycan Ordusu olacaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=177514

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031