Klub prezidenti 54 yaşında rəsmi matçda oynadı
Futbol üzrə Ukrayna Kubokunun ilk turunda keçirilmiş “Tavriya” – “Real Farma” matçında qeyri-adi hadisə baş verib.
“Report”un məlumatına görə, nominal qonaqların heyətində klubun prezidenti Nikolay Lixovidov 26 dəqiqə meydanda olub.
54 yaşlı funksioner yarımmüdafiəçi mövqeyində oynayıb. O, 3 dəfə “Real Farma”nın baş məşqçisi vəzifəsində işləyib.
Qeyd edək ki, qarşılaşma “Tavriya”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Short URL: https://www.cumhuriyyet.net/?p=153262