Nizami Hacıyev: “Mən bu cəzaya layiq deyildim”

“Evdən hələ indi çıxıram. Hansısa fikir bildirmək üçün hələ tezdi” Bu sözləri apasport.az saytına açıqlamasında “Keşlə”dən uzaqlaşdırılan Nizami Hacıyev deyib. Azərbaycan Premyer Liqasının XIII turunda “Neftçi” ilə qarşılaşmadan sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Hacıyev və komanda yoldaşı Mirhüseyn Seyidov dünən sərbəst buraxılıblar. Məsələ ilə bağlı qısa fikir bildirən Hacıyev danışmaq istəmədiyini söyləyib: “Bilmirəm hansı oyunlar, […]

Azərbaycan-Əfqanıstan sənədləri imzalanıb

Azərbaycan prezidenti İlham Əliyevin və Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qaninin iştirakı ilə Azərbaycan-Əfqanıstan sənədlərinin imzalanması mərasimi olub.   Cumhuriyyet.net-in məlumatına görə, “Azərbaycan Respublikası Hökuməti və Əfqanıstan İslam Respublikası Hökuməti arasında iqtisadi-ticarət sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Əfqanıstanın maliyyə naziri Eklil Əhməd Hakimi imzalayıblar.   “Azərbaycan Respublikası Hökuməti və Əfqanıstan İslam Respublikası Hökuməti […]

Oqtay Əsədov: “Telefonda qurdalanmağı yığışdırın!”

Milli Məclisin iclasında sədr Oqtay Əsədov bəzi deputatlara intizamsızlıqla əlaqədar xəbərdarlıq edib Gündəlikdəki məsələnin müzakirəsi zamanı O. Əsədov deputatların iclasların gedişində öz telefonları ilə məşğul olduğunu, hətta zənglər etdiyini bildirərək bu hərəkətlərə son qoymağa çağırıb:  “Dəfələrlə istəmişəm bunu deyəm, amma özümü saxlamışam. Daha bəsdirin də! Telefonları gətirirsiniz iclasa, dinimirik. Heç olmasa, iclas zamanı zəngləri, telefonda […]

Xəstəxanaya yerləşdirildiyi deyilən Nağılbaz: “Yalandır”

Xəstəxanaya yerləşdirildiyi deyilən tanınmış reper Anar Nağılbaz özünü yaxşı hiss edir. Yeniçag.az-a açıqlama verən reper harda olduğunu gizlin saxladı: “Xahiş edirəm, bu məsələni çox şişirtməyin, burda nə var axı? Soyuqlamışam, öd kisəmdə problemlər var, arada da təzyiqim yüksək olur. İstədim bir az müalicə alım və həm də mediadan, söz-söhbətlərdən uzaq olum. İndi yaxşıyam. Harda olduğumu […]

Çoxmərtəbəli binaların yüksək mərtəbəsində yaşamaq məqsədə uygun sayılmır -Səbəb

Aparılan elmi araşdırmalardan aydın olub ki, hündür mərtəbəli ümumi yaşayış binalarında yaşamaq insan orqanizmi üçün ciddi xəstəliklərə yol aça bilir. Faktinfo.az xəbər verir ki, alman alimlərinin gəldiyi qənaətə görə, hündür mərtəbəli binaların 6-cı mərtəbəsindən yüksəklikdə yaşamaq insanı yerin maqnit sahəsindən müəyyən qədər uzaqlaşdırır. Bu vəziyyət isə ürək, damar, sinir və digər xəstəlikləri olanlara yaxşı təsir […]

Azərbaycanda TV-lərin reytinqi hərbi sirr kimi gizlədilir

Digər ölkələrdə tamaşaçılar televiziyaların, verilişlərin reytinqindən agah olur. Müxtəlif monitorinqlərlə televiziyaların reytinqləri müəyyənləşdirilir və nəticələr ictimailəşdirilir. Çox uzağa getməyək, elə qonşu Türkiyədə tamaşaçılar gündəlik reytinqləri izləyir və bu istiqamətdə fikirlərini ifadə edə bilirlər. Azərbaycanda televiziyaların reytinqi niyə gizli saxlanılır? Media eksperti Qulu Məhərrəmli Modern.az-a açıqlamasında bildirib ki, istənilən media qurumu reytinqləri öyrənə bilər: “Reytinq əsasən […]

Bu xəbərlərə görə 2500 manat cərimə tətbiq olundu

Azərbaycanda yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə görə vəzifəli şəxslər cərimələnəcək. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilir. Belə ki, internet informasiya ehtiyatı “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının siyahısı”na daxil edildikdən dərhal sonra host-provayder və internet provayder tərəfindən həmin internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmamasına görə vəzifəli şəxslər 1500 manatadək, hüquqi […]

“Əkinə yararlı torpaqları villa sahiblərinə satıblar!” – Deputatdan İcra hakimiyyətlərinə İTTİHAM

“Qanunsuz olaraq zəbt edilən əkinə yararlı torpaqların icarə müqavilələri ləğv edilməlidir. Aparılan monitorinqlər davamlı olmalıdır”. Bu barədə Modern.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev bildirib: “Hazırda bu məsələ Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin nəzarəti altındadır. Məndə olan məlumata görə, əkilən, əkilməyən torpaqların müəyyən olunması istiqamətində işlər gedir. […]

Təmir üçün Səhiyyə Nazirliyinə ayrılan pullar hara xərclənib? – VİDEO

Görüntülərini təqdim etdiyimiz bu bina Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Tibbi Bərpa İnstitutudur. Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 3 ünvanında yerləşən bina 2013-cü ildən təmirə bağlanıb. Təmirin bu qədər uzanmasının səbəblərini öyrənmək üçün üz tutduq sözügedən ünvana. İnstitutun mühafizəçisi Qaynarinfo-ya açıqlamasında 2013-cü ildə binanın təmirinə başlanıldığını, amma sonradan maliyyə ayrılmadığı üçün bərpa işlərinin yarımçıq saxlanıldığını […]

Bakıda Lisey direktoru işdən çıxarılıb, yenisi təyin olunub

Bakı Məktəb Lisey Kompleksinə (200 və 43 saylı məktəb) yeni direktor təyin olunub. APA-nın məlumatına görə, təhsil kompleksinin direktoru Qafar Hüseynovun yerinə Fuad Babayev təyin olunub. O, buna qədər Bakının Xətai rayonundakı 95 saylı məktəbin direktoru olub. Qeyd edək ki, bir müddət əvvəl Məktəb Lisey Kompleksinin direktoru Qafar Hüseynovun vəzifəsindən azad olunması barədə məlumatlar yayılmışdı. […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031