“ASAN xidmət” işçilərinin peşə bayramı günü təsis edildi

Prezident İlham Əliyev “ASAN xidmət” işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Cumhuriyyet.net xəbər verir ki, sərəncamda deyilir: Sərəncamda qeyd olunur ki, Azərbaycanda ilk “ASAN xidmət” mərkəzinin 2012-ci il dekabrın 29-da fəaliyyətə başladığını nəzərə alaraq, hər il dekabrın 29-u “ASAN xidmət” işçilərinin peşə bayramı günü kimi qeyd edilsin.

İsmayıllıda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirilib

Dekabrın 29-da İsmayıllıda xoş bir gün yaşanıb. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən tədbir “Qala” şadlıq sarayında reallaşıb. İctimaiyyət nümayəndələrinin, ziyalı və müəllimlərin, səhiyyə işçilərinin, müharibə veteranlarının, şəhid ailələrinin, gənclərin və ağsaqqalların, Qarabağ müharibəsi əlillərinin iştirak etdiyi bayram tədbirini giriş sözü ilə RİH hakimiyyətinin başçısı, Əməkdar elm xadimi, professor Mirdaməd […]

“Bəsdir də bu camaatı çərlətdiniz…” -Aqil Abbas

Beş manat itirəndə, ya maşınınızın farası qırılanda, ya ürəyiniz istəməyən toya gedib yüz manat pul yazdıranda bir ay deyinirsiniz. Camaatın varı-dövləti gedib, topdağıtmaz evləri yandırılıb. O villalar yandırılıb ki, Bakıda və digər rayonlarda onu hələ indi-indi tikməyə başlayıblar. Bunlar hamısı cəhənnəm, boş şeydi. Var-dövlət də qazanıla bilər, villa da tikilə bilər, topdağıtmaz evi yenidən qurmaq […]

Rusdilli uşaqları təhqir edən jurnalist işindən kənarlaşdırıldı

Azvision.az saytının əməkdaşı Hafiz Əhmədov işdən kənarlaşdırılıb. Buna səbəb onun sosial şəbəkədə rus dilində təhsil alan və şəhərdə rusca danışan uşaqlara qarşı yazdığı xoşagəlməz, təhqiramiz səciyyəli statusdur. Aşağıda həmin statusu təqdim edirik: Qeyd edək ki, sözügedən saytın baş redaktoru Vüsal Məmmədov mövzuyla bağlı sosial şəbəkədə ayrıca status yazaraq əməkdaşını müdafiə edib. Həmin status da belədir: […]

Rəhim Qazıyev azadlığa buraxıldı

Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyevin barəsində olan məhkəmə qərarından verilmiş apellyasiya şikayətinə baxılıb.   “Report”un xəbərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onun həbs cəzası cərimə ilə əvəz olunub. Cərimələnən R.Qazıyev azadlığa buraxılıb.   Xatırladaq ki, R.Qazıyev bir neçə gün əvvəl Nərimanov Rayon Polis İdarəsinin 17-ci […]

Prezident “Yanardağ”la bağlı tapşırıq verdi: “Dözülməz vəziyyət aradan qaldırılsın” – FOTO

Bu gün prezident İlham Əliyev “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna baxıb. Qoruqdakı vəziyyətlə tanış olan dövlət başçısı burada şəraitin dözülməz olduğunu bildirib. Prezident Qeyd edib ki, bu qoruğa həm Azərbaycan vətəndaşları, həm də çoxsaylı turistlər gəlir və buradakı şərait ölkəmizin bugünkü inkişaf səviyyəsinə uyğun deyil. Prezident İlham Əliyev aidiyyəti dövlət qurumlarına ciddi tapşırıq verib […]

“İcra başçıları sahibkarları incidirlər…” -DEPUTATDAN ETİRAZ

“Bəzi icra başçıları yerlərdəki sahibkarları incidirlər. Onlara dəstək verilmir. İcra başçıları sahibkarlardan tikinti materialları və sair alırlar. Amma daha sonra isə həmin materialların pulunu ödəmirlər. Belə olan halda isə sahibkarlar pis vəziyyətdə qalırlar. Çox təəssüflər olsun ki, bu barədə bizə müraciətlər daxil olur”.   Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin 29 dekabr tarixindəki iclasında deputat […]

Qadın sevgilisi olmuş, intihar etmiş Marina Svetayeva haqqında qızının xatirələri

Anam haqqında, onun zahiri görünüşü haqqında ilk xatirələrim sürrealistlərin rəsmlərinə bənzəyir.  Ümumilikdə tam bir obraz yoxdur, çünki gözlər onu əhatə etməyə qadir deyil, şüur isə hər şeyi bir vahid altında birləşdirə bilmir. Bütün ətrafdakılar və ətrafda üst-üstə yığılanlar, ucsuz-bucaqsız, əlçatmaz və qeyri-mütənasibdir  mənim üçün. Adamların nəhəng ayaqqabıları, hündürlüyə qalxan uzun ayaqları, böyük, qüdrətli əlləri var. […]

Musa Musayevin burnunu sındırdılar – VİDEO

Nazəninin prodüseri Musa Musayevin burnunu sındırıb.  Cumhuriyyet.net  Milli.Az-a istinadən xəbər verir ki, bu barədə ötən gün qonağı olduğu “Səhər-Səhər” verilişində prodüser Pərviz Fəqan özü danışıb. Prodüserin sözügedən açıqlamasını təqdim edirik: “Müğənni xanım var, onun ad günündə bir nəfərin cavabını verdim. Ondan 8 saat sonra canlı yayıma çıxıb, dedi ki, Pərviz məni vurmayıb. Mən qara kəmər ustasıyam. […]

Alkoqolun beyin üçün gözlənilməz bir təhlükəsi də aşkar edildi

Texas Universiteti alimlərinin apardığı genişmiqyaslı araşdırma nəticəsində alkoqolun insan beyni üçün indiyədək müəyyən olunmamış gözlənilməz bir təhlükə də törətdiyi aşkar edildi. Moderator.az Rusiya saytlarına istinadla xəbər verir ki, İslamdakı əsas günah əməllərdən biri beynin mövcud hüceyrələrini öldürməkdən əlavə, həm də yeni hüceyrələrin meydana gəlməsinin qarşısını alır, bu da spirtli içki istifadəsinin mənfi nəticələrinin  aradan qaldırılmasının tam […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031