Məşhur hind aktyoru Dharmendra Bakıya gəlir

Dekabrın 27-də Bakıda “Məhəbbət səfiri” sənədli filminin təqdimatı çərçivəsində hind kinosunun ulduzu, dünya şöhrətli aktyor Dharmendra ilə görüş keçiriləcək Hindistanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbir Azərbaycanla Hindistan arasında diplomatik əlaqələrin 25 illiyinə həsr olunub. Dharmendra (əsl adı Dharam Sinqh Deol) hind aktyoru, prodüser və siyasətçidir. Hindistan kinematoqrafiya sənətinə verdiyi töhfələrə görə o, […]

Mehriban Əliyevaya Müqəddəs Mələksima Knyaginya Olqa ordeni verildi

Moskvada Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni təqdim olunub APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Xilasedici İsa Məsih məbədində keçirilən mərasimdə ordeni M. Əliyevaya Moskva və bütün Rusiyanın Patriarxı Kirill təqdim edib. M. Əliyeva bu ordenlə Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə, habelə Rusiya ilə Azərbaycan […]

Xəbərdarlıq: “Uşaqlara Yeni il hədiyyələri alan valideynlər hədiyyələri açıb içindəkilərə baxmalıdır”

“Uşaqlara qablaşdırılmış Yeni il hədiyyələri alan valideynlər aldıqları hədiyyələri açıb içindəkilərə baxmalıdır”. Bunu “Report”a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. O bildirib ki, hər il bayram şənliklərində ekzotik qutularla yararlılıq müddəti keçmiş mallar qablaşdırılır və istehlakçılara verilir: “Valideynlər isə bu hədiyyələri alır, verir uşaqlara, özlərinin başı şənliyə qarışır, uşaqları nəzarətsiz qoyurlar və zəhərlənmə […]

Dünyanın ən maraqlı 20 sualının cavabı (SİYAHI)

Bəzi suallar var ki, cavabı hər zaman insanlar üçün maraqlı olub. Qaynarinfo dünyanın ən maraqlı 20 sualının cavabını verəcək: 1. Solaxaylar daha ağıllıdırlar? Bu vaxta qədərki elmi araşdırmalar solaxayların sağ əlini işlədənlərdən daha yaradıcı, ya da ağıllı olduqlarını göstərməyib. 2. Niyə qaşınırıq? Qaşınmaq dərinin yüngülvarı xəbərdarlığıdır. Bunun böcək dişləməsinə qarşı qoruyucu mexanizm olduğu da təxmin edilir. […]

Rəhim Qazıyevə 10 sutkalıq həbs cəzası verilib

Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyevə 10 sutkalıq həbs cəzası verilib. Bu barədə “Report”a onun dostu, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bildirib. Onun sözlərinə görə, R.Qazıyev Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasına aparılıb. R.Qazıyevə qarşı hansı ittiham irəli sürüldüyü məlum deyil. Xatırladaq ki, R.Qazıyev ötən gün Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin […]

Əli Həsənov: “2020-ci ildə Azərbaycanda bir yoxsul da qalmayacaq”

“2017-ci ildə istər iqtisadi, istər münaqişələr baxımından dünyada müşahidə olunan gərgin vəziyyətdə belə Azərbaycan inkişaf yolunu davam etdirib. İlimiz uğurla başa çatmaq üzrədir. Təbii ki, prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın birgə fəaliyyəti və Azərbaycan hökuməti, ölkənin bütün kadr potensialının tam şəkildə prezidentin tapşırıqlarını yerinə yetirməsi sayəsində bu nailiyyətlərə nail olunub”. Cumhuriyyet.net xəbər verir ki, bunu APA-ya müsahibəsində […]

Prezident öz oğlunun ölüm əmrini verdi

Filippin prezidenti Rodriqo Dutertenin oğlu Paolo Duterteninadı narkotik qaçaqmalçılığına qarışdığına və şəxsi həyatındakı problemlərə görə istefa verib. Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Davao bələdiyyə sədri olan Paolo mətbuata verdiyi açıqlamada “Həyatım, uğursuz nikahımla bağlı bəzi hadisələr baş verib. Narkotik ticarətində adımın hallanması, sosial mediada qızımla mübahisəm bu siyahıya daxildir” deyərək istefa verdiyini bildirib. Sentyabr ayında […]

Sabiq nazir 10 milyonluq kompleksi necə özəlləşdirib?

2013-cü ildə İsmayıllıda cüdo mərkəzi inşa edilsə də, hazırda milli komandanın üzvləri sözügedən kompleksin istifadəsindən məhrumdurlar. Cumhuriyyet.net yenicag.az-a istinadən xəbər verir ki, Cüdo Federasiyasının əvvəlki prezidenti Füzuli Ələkbərov mərkəzin qapılarını cüdoçuların üzünə bağlayıb. Sabiq əmək və əhalinin sosial müdafiəsi nazirinin bu addımından sonra cüdoçuların təlim-məşq toplanışı üçün digər məkanlar seçilir. Belə olan halda isə büdcədən əlavə vəsait xərclənir. […]

Prezident 2018-ci il üçün yaşayış minimumu haqqında qanunu imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında Qanunu imzalayıb. Cumhuriyyet.net xəbər verir ki, sənədə əsasən, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilib. Bu Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

“Muğanbank”da “Forex” qalmaqalı: 300 minlik dələduzluq

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Muğanbank” ASC-nin Nəsimi filialının kredit üzrə mütəxəssisi, külli miqdarda dələduzluqda təqsirləndirilən Novruz Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.   Cumhuriyyet.net-in virtualaz.org-a istinadən xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Zərərçəkmiş Cavad Cavadov dindirilib. C.Cavadov ona dəymiş ziyanın qaytarılmasını tələb edib: “Novruz Vəliyev yaxşı pul qazanmağı təklif etdi, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031