Prezident İlham Əliyev: “İkinci erməni dövlətinin yaradılması ideyası təhlükəli və xəstə məntiqdir”

“Bu gün 26 ildir müstəqil dövlət kimi yaşayan Azərbaycan ayaqda möhkəm dayanır. Əlbəttə ki, bizim əsas problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bildiyiniz kimi, Ermənistan beynəlxalq birlik tərəfindən tanınan torpaqlarımızın 20 faizini 20 ildən çoxdur ki, işğal edib. Bu torpaqlardan bir milyondan çox vətəndaş qovulub, qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Xalqımıza qarşı etnik təmizləmə siyasəti […]

Qala qəsəbəsinin sakinləri yolu bağladılar: “İşığımız yanmır” – FOTOLAR

Xəzər rayonu, Qala qəsəbəsi, Xasaxuna bağ massivinin sakinləri küçəyə çıxaraq, avtomobil yolunu bağlayıb, etiraz aksiyası keçiriblər. Musavat.com xəbər verir ki, 50-dən çox sakinin küçəyə çıxaraq yolu bağlamasının səbəbi, günlərdir ki, massivdə yaşanan elektrik problemidir. Məsələ ilə bağlı saytımıza məlumat verən Xasaxuna bağ massivinin sakinləri, bildiriblər ki, iki həftədən çoxdur ki, ərazidə elektrikin verilməsində problem yaşanır: “Üç […]

Ramil Usubov iki rayonun polis rəisi dəyişdirdi

Ağsu və Ucar rayonlarına yeni polis rəisləri təyin edilib. Cumhuriyyet.net APA-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlərlə Daşkəsən rayon Polis Şöbəsinin rəisi Fəxrəddin Abbasov tutduğu vəzifədən azad edilərək Ağsu Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, Ağsu RPŞ-nin rəisi Eldar Paşayev isə tutduğu vəzifədən azad edilərək Ucar RPŞ-nin rəisi vəzifələrinə təyin […]

Vağzala bomba qoyulması məlumatı yalan çıxdı – Axtarışlar başa çatdı

Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması məlumatı yanlışdır. Trend-in mıəlumatına görə, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova deyib. Onun sözlərinə görə, daxil olan məlumat əsasında Fövqəladə Hallar Nazirliyi və polis əməkdaşlarının Bakı Dəmir Yolu Vağzalında apardığı axtarışlar başa çatıb: “Axtarışlar nəticəsində məlum oldu ki, daxil olan məlumat yanlışdır. […]

Azercell rəhbərliyinə 18 ədəd prezervativ hədiyyə olundu – FOTO

Tanınmış blogger Bəxtiyar Hacıyev “Azercell” şirkətinin rəhbərliyinə Yeni il hədiyyəsi olaraq 18 ədəd Çin istehsalı olan qoruyucu göndərib. Avtosfer.az xəbər verir ki, o, bu barədə şəxsi “facebook” hesabında paylaşım edib. O, paylaşımında addımın səbəbini belə izah edib: “”Facebook” səhifələrində qiymətləndirməni bağlayıblar ki, etiraz edənlər aşağı reytinq verə bilməsinlər. Hədiyyə çatana qədər, “Azercell” müştəri xidmətlərindən, rominq […]

Bakıda “LUXEN” Plaza otelində bədbəxt hadisə – Binadan yıxılan fəhlə qaçırıldı

Bakıda oteldə bədbəxt hadisə baş verib. Trend-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisindəki “LUXEN” Plaza otelində baş verib. Binanın fasad hissəsini təmizləyən fəhlə yuxarı mərtəbələrin şüşəsini silərkən təhlükəsizlik kəməri qırılıb və fəhlə yerə yıxılıb. Hadisə nəticəsində fəhlənin iki ayaqları sınıb, müxtəlif bədən xəsarətləri alıb. Məlumata görə, hadisə yerinə təcili yardım briqadası çağırılsa da, otel […]

“Hikmət Cavadov nə etdiyini heç özü də bilmir” – İTTİHAM

Dekabrın 18-də Ukraynanın Xerson şəhərində qondarma erməni soyqırımına abidə qoyulub. Tədbirdə Xerson şəhər meri, Ukraynadakı erməni kilsəsinin baş kahini və Ermənistanın Ukraynadakı konsulu da iştirak edib. Bununla əlaqədar olaraq Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri (UABD) Hikmət Cavadov Ukraynanın Xerson şəhərinin merinə məktub ünvanlayıb. Modern.az-a açıqlama verən Hikmət Cavadov Azərbaycanın Ukraynadakı səfirliyini günahlandıraraq, bunları deyib. “Ümumiyyətlə, […]

Məşqçisi ilə adı hallanan idmançı DANIŞDI: – “Kərim müəllimlik bir iş yoxdur”

Bir neçə ay bundan əvvəl, Azərbaycan ağır atletika üzrə qadınlardan ibarət yığma komandasının üzvü Xumar Məmmədovanın şəxsi məşqçisi Kərim Kərimlidən hamilə qalması xəbəri yayılmışdı. O zamanlar milli komandanın da məşqçisi kimi fəaliyyət göstərən K.Kərimlinin tələbəsi ilə münasibəti federasiya daxiliində ciddi müzakirələrə səbəb olmuşdu. Hətta sosial şəbəkələrdə də onların yaxın ətrafı müəllim və tələbə arasında sevgi […]

Bakıda 240-a yaxın zirzəmisi sulu olan binalar mövcuddur

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə daxil olan şikayətlərin 30-40 faizi mənzillərdəki səs-küylə bağlı olur. “Report” xəbər verir ki, bunu Mərkəzin Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov deyib. Onun sözlərinə görə, RGEM tərəfindən hər il yaşayış binalarının zirzəmilərində epidemioloji araşdırmalar aparılır: “Zirzəmilərə suların bir qismi kommunikasiya xətlərin nasazlığından, bir qismi qurunt sularından, bir qismi isə […]

“Cavab verdilər ki, heç kim bir qəpik də ödəməyib…” – GİLEY

Azərbaycanda ali məktəblərdə təhsil alan əlil tələbələr o qədər də çox deyil. Fiziki məhdudiyyətli bu gənclər dərsə davamiyyəti və öyrənmək həvəsi ilə digər tələbələrdən heç də geri qalmırlar. Belə tələbələrdən biri də İslam Universitetinin Dinşünaslıq fakültəsində təhsil alan Rəsul Məmmədlidir. 21 yaşlı bu gənc anadangəlmə serebrial iflic xəstəliyindən əziyyət çəkir. Ayaqları və sağ əli tamamilə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031