Azərbaycan tankçıları Çinə qalib gəlib – FOTOLAR

Rusiyada keçirilən “Beynəlxalq Ordu Oyunları – 2019” yarışmalarında Azərbaycan Çin Xalq Respublikasına qalib gəlib. “Report”un məlumatına görə, Moskva vilayətinin Alabino poliqonunda Tank yarışmalarının yarım final mərhələsində Azərbaycan nümayəndə heyəti yüksək nəticə göstərib. Yüksək liqanın yarım final mərhələsində Azərbaycan Respublikasının rəqibləri Çin Xalq Respublikası, Qazaxıstan və Serbiya olub. Yüksək peşəkarlıq göstərən tankçılarımız döyüş texnikasını məharətlə idarə […]

Sumqayıtda mebel sexi yanır – FOTO

Sumqayıtda mebel sexi yanır. “Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin Çerkassi küçəsində baş verib. Hazırda yanğın davam edir.

MƏMMƏD ABBASOVUN 70 İLLİK YUBİLEYİDİR – Fotolar

Bu gün Naxçıvanın nüfuzlu dövlət xadimlərindən birinin – MR Baş nazirinin sabiq müavini, sabiq kənd təsərrüfatı naziri Məmməd Abbasovun 70 illik yubileyidir. M.Abbasov uzun illər Naxçıvanda yüksək vəzifələrdə çalışıb, 2013-cü ilin fevral ayında Baş nazirin müavini – kənd təsərrüfatı naziri vəzifəsindən pensiyaya çıxıb. M.Abbasov Sovet hakimiyyəti vaxtlarından üzübəri Naxçıvan hakim elitasının ən parlaq nümayəndələrindən biri […]

Hindistan ordusu müsəlmanların aksiyasını dağıtdı

Hindistan hərbçiləri Kəşmirdə genişmiqyaslı etiraz aksiyasını dağıdıblar. Məlumatı “Röyter” agentliyi yayıb. Məlumata görə, etiraz aksiyası cümə namazından dərhal sonra başlayıb. Aksiyalarda ümumilikdə təxminən 10 min nəfər iştirak edib. Hərbçilər etirazçıların dağıdılması üçün gözyaşardıcı qazdan və səs bombalarından istifadə ediblər. Nəticədə 12 nəfər yaralanıb, 500 nəfər həbs edilib.

Borclu qismində axtarışda olan daha 6 nəfər saxlanıldı

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilən 17 cinayətin üstü “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə […]

Bayram günləri hava necə olacaq?

Bayram günlərində Azərbaycanda gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən virtualaz.org-a verilən məlumata görə, avqustun 11-13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 11-də səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Avqustun 11-də güclü şimal-qərb küləyinin axşam bir […]

Zaqatalada gün ərzində ikinci dəfə zəlzələ oldu

Avqustun 10-da Zaqatala seysmoloji stansiyasından 14 kilometr cənub-qərbdə Zaqatala ərazisində maqnitudası 3.7 olan daha bir zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən virtualaz.org-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 15:22-də qeydə alınıb. Ocağı 7 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bal, yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub. […]

Məleykə Abbaszadə: “3 abituriyentin nəticəsini görüb ümumi fikir söyləyənlər məndən daha cəsarətlidir”

“3 abituriyentin nəticəsini görüb qəbulla bağlı ümumi fikir söyləyənlər yəqin ki, məndən daha cəsarətlidir”. “Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə sosial şəbəkələrdə universitetlərə qəbul balları ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib. O mütəxəssis olaraq qeyd edib ki, nəticələr elan olunduqdan sonra dərhal hər hansı müxtəlif fikir söyləməyə […]

Qarabağda müharibə riski artdı: Patruşev “miatsum”a nə deyəcək…

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bazar ertəsi, avqustun 12-də Yerevana səfər edəcək. Virtualaz.org qeyd edir ki, Patruşev prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovdan sonra Rusiyanın xarici siyasətində söz sahibi olan üçüncü şəxs hesab edilir. Bu baxımdan onun Yerevana səfəri regionda cərəyan edən son proseslər fonunda diqqəti cəlb etməyə bilməz. Belə ki, Ermənistanın […]

Yunanıstanda yüksək yanğın təhlükəsi elan edilib

Yunanıstanın bir sıra bölgələrində ən yüksək, beşinci dərəcəli yanğın təhlükəsi elan edilib. “Report” “Komersant”a istinadən xəbər verir ki, bəzi bölgələrdə də dördüncü dərəcəli yanğın təhlükəsi açlıqlanıb. Hazırda ölkə ərazisində 41 dərəcəyədək isti və küləkli hava yanğınlar üçün əlverişlidir. Yanğın və qəza xidmətləri hazır vəziyyətə gətirilib.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2019
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031