Türkiyədə FETÖ-çü polislər həbs olundu

Türkiyənin İzmir şəhərində FETÖ terror təşkilatının üzvlərinə qarşı əməliyyat keçirilib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, İzmir prokurorluğu “ByLock” şifrəli messencerindən istifadə edən, eləcə də terror təşkilatı ilə əlaqədə şübhəli bilinən şəxslərin həbsinə qərar verib. Polis İdarəsinin mütəşəkkil cinayətlərlə mübarizə şöbəsinin keçirdiyi əməliyyat zamanı vəzifədə olan komissar köməkçisi, xidmətdən xaric edilən komissiar müavini və polis […]

“Azərbaycan diversantları o vaxt bizim bir postumuzu ələ keçirdi…” – Kəşfiyyat rəisi olmuş general Karapetyan

Ermənistanın 1in.am saytı Baş qərargahın kəşfiyyat idarəsinə 10 il başçılıq etmiş general Arşak Karapetyanın 2008-ci il 1 mart hadisələrinə dair istintaqa şahid qismində verdiyi ifadəni dərc edib. Virtualaz.org xəbər verir ki, Ermənistan ordusunun 2016-cı ilin aprel döyüşlərində aldığı zərbələrə görə Serj Sərkisyan tərəfindən işdən çıxarılan, lakin hazırda baş nazir Paşinyanın müşaviri olan general Karapetyan həmin […]

Pilot Rəşad Atakişiyevin nəşi tapıldı

İyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb. Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Məlumatda deyilir ki, sabah avqustun 21-də saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək. Hazırda hərbi […]

500 hektar ərazi yanır, insanlar izləyir – Fotolar

Avqustun 18-i Türkiyədə İzmirin Qarabağlar bölgəsində başlayan meşə yanğınları genişlənərək yayılmağa başlayıb. “Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, alovlar Səfərihisar, Menderes rayonlarındakı meşələrə keçərək təxminən 500 hektar ərazini əhatə edir. Bildirilir ki, yanğını 20 helikopter və su ilə təchiz edilən 200 xüsusi yanğınsöndürən maşın söndürməyə çalışır. Alovların qarşısını almaqda yanğınsöndürənlərə vətəndaşlar da köməklik göstərir. Qorxu […]

“Maşın” yenidən başlayır

Azərbaycanın ən reytinqli və ən bahalı şousu – “Maşın” ekranlara qayıdır.  Proqram oktyabr ayının 1-dən etibarən ATV-də yayımlanacaq.  18 gün davam edəcək mübarizə ölkənin tanınmış simaları arasında baş tutacaq. “M Group Production”ın Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə,  artıq “Maşın” realiti  şounun iştirakçı heyətinin ilkin siyahısı hazırdır. Növbəti həftə isə siyahı tam versiyada hazır olacaq. Siyahıda […]

BSU-da sənəd qəbulu yüksək səviyyədə gedir

2019/2020-ci tədris ilində Bakı Slavyan Universitetinin (BSU) bakalavrat pilləsinin I kursuna qəbul оlmuş abituriyentlərin sənəd qəbulu prosesi davam edir. Bakı Slavyan Universitetində (BSU) sənəd qəbulu BSU-nun rektoru, professor Nurlana Əliyevanın 12 iyul 2019-cu il tarixli 105 saylı əmrinə əsasən  təşkil olunmuş komissiya tərəfindən həyata keçirilir. Komissiyaya Tələbə və məzunlarla iş şöbəsinin müdiri, dosent Nəsib Cəbrayılov […]

Dollar qəfil sıçradı, rubl üzü aşağı getdi

Bu gün avqustun 19-da Moskva birjasında keçirilən hərraclarda rublun məzənnəsi kəskin aşağı düşüb. Virtualaz.org xəbər verir ki, hərracın nəticələrinə görə 1 ABŞ dolları 67 rublu keçib, başqa sözlə Rusiya milli valyutası 1 faizdən çox dəyər itirib. Sonuncu dəfə rubl 2019-cu ilin fevralında bu qədər ucuzlaşmışdı və dollar 67 rubl həddini keçmişdi. Rusiya valyutasının zəifləməsinin “günahkarı” […]

Naxçıvanda yeni təlimlər başladı – qoşunlara “həyəcan” siqnalı verildi…

Naxçıvan Qarnizonu qoşunlarında üçpilləli, ikitərəfli keçirilən növbəti komanda-qərargah təlimi müxtəlif mərhələlərdə icra edilir. Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətinin yaydığı məlumata görə, təlim çərçivəsində “həyəcan” siqnalı ilə cəmləşmə rayonlarına çıxarılan qoşunların idarə olunması praktiki həyata keçirilir. Ərazidə əməliyyatların qərargahlar tərəfindən planlaşdırılmasından sonra qəbul edilmiş qərarlar Simulyasiya mərkəzində kompüterlər üzərində icra olunacaq. Təlim avqustun 24-dək davam edəcək.

“Dedi sənin internetin başdan ayağa dezinformasiyadır…”- Venediktov Putinlə söhbətini açıqladı

“Exo Moskva” radiostansiyasının baş redaktoru, nüfuzlu rusiyalı jurnalist Ukraynanın Gordon.ua saytının və eyni adlı televiziyanın rəhbəri Dmitri Qordonun “Bizimkilər” müəllif proqramına geniş müsahibə verib. Virtualaz.org xəbər verir ki, bu söhbət Venediktovun Kiyevə növbəti səfəri zamanı baş tutub. Söhbət zamanı Venediktov Krım və Donbass məsələsindən tutmuş Putinlə söhbətinə, SSRİ rəhbəri olmuş Mixail Qorbaçovla vaxtaşırı olaraq görüşüb […]

Dünya universitetlərinin reytinqi açıqlandı

Ötən həftə, avqustun 16-da Şanxay Reytinq Konsultasiya şirkəti “Dünya Universitetlərinin 2019-cu il üçün Akademik Reytinqi”ni açıqlayıb. 2003-cü ildən bəri bu reytinq şəffaf metodologiya və obyektiv üçüncü tərəfin məlumatına əsasən dünyanın aparıcı 500 universitetinin adını təqdim edir. Bu, dünyada etibarlı reytinq sayılır. Bu ilsə dünyanın ən yaxşı 1000 universitetinin adı açıqlanıb. Artıq 17 ildir Harvard Universiteti […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2019
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031