Bu il Azərbaycanda 524 nəfər QİÇS-ə yoluxub

Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən Azərbaycan vətəndaşları arasında 2019-cu ilin 9 ayı ərzində İİV-ə yoluxma hallarının 9,9%-i, ümumiliklə isə 1987-ci ildən 2019-cu ilin oktyabr ayının 1-dək tarixədək yoluxma hallarının 41,1%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Bu barədə APA-ya Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən […]

Qüdrət Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Qüdrət Qurbanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Qüdrət Qəmbər oğlu Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib. Qeyd edək ki, oktyabrın 20-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanovun 60 […]

AFFA iki nəfəri danışılmış oyunlara görə futboldan uzaqlaşdırıb

AFFA İntizam Komitəsinin növbədənkənar iclası keçirilib. APA xəbər verir ki, I divizionda çıxış edən “Ağsu” Futbol Klubunun bir neçə görüşündə qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubun futbolçuları Elçin Həşimov və Ruslan Mirzalıyevin nəticəsi manipulyasiya olunmuş […]

Ötən il 31432 nəfər Narkoloji Mərkəzdə qeydiyyatda olub

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2018-ci il 31 dekabr tarixinə olan məlumatına əsasən, Mərkəzdə 31432 nəfər qeydiyyatda olub. Onlardan 26346 nəfəri dispanser, 5086 nəfəri profilaktik qeydiyyatda olanlardır. Bu barədə APA-ya Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib. Xəbərə görə, onlardan 626 nəfəri qadın, 227 […]

Dolların sabahkı məzənnəsi açıqlanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) dolların oktyabrın 22-nə olan məzənnəsini açıqlayıb. 22.10.2019-cu il tarixindən etibarən Mərkəzi Bank tərəfindən ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

Röya, Mir Yusif və Tünzalə Ağayevaya “Xalq artisti” adı verilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının estrada ifaçılarına “Xalq artisti” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə “Xalq artisti” fəxri adı verilib: Ağayeva Tünzalə Qabil qızı Mirbabayev Mir Yusif Mir Heydər oğlu Nəcəfova Röyalə Yaqub qızı.

Hacıbala Abutalıbov vəzifəsindən azad edildi

Hacıbala Abutalıbov Baş Nazirin müavini vəzifəsindən azad edilib. APA-nın xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Əli Həsənov Baş Nazirin müavini vəzifəsindən azad edilib

Əli Həsənov Baş Nazirin müavini vəzifəsindən azad edilib. APA-nın xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Bu şəhərin yol tikintisinə 3.5 milyon manat ayrıldı

Prezident İlham Əliyev Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. APA-nın xəbərinə görə, sərəncamla Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,5 milyon (üç milyon […]

“Türkiyə 3 milyon 650 mindən çox suriyalıya qucaq açıb” – Erkan Özoral

“Türkiyə 3 milyon 650 mindən çox suriyalıya qucaq açıb. Biz onlara qardaşlığımızı göstərmişik”. APA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. O bildirib ki, Türkiyə bu günə kimi suriyalı qaçqınlar üçün 40 milyard ABŞ dolları məbləğində vəsait xərcləyib: “Avropa İttifaqı söz verdiyi 6 milyard avrodan yalnız 3 milyardını verib”. E. Özoral qeyd edib […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2019
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031