Dolların sabahkı məzənnəsi açıqlanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) dolların oktyabrın 23-nə olan məzənnəsini açıqlayıb. 23.10.2019-cu il tarixindən etibarən Mərkəzi Bank tərəfindən ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

Türkiyə ordusunun “Barış bulağı” hərəkatında itkiləri açıqlanıb

Türkiyə ordusunun “Barış bulağı” hərəkatında itkiləri açıqlanıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyə Müdafiə Nazirliyinin nümayəndəsi Nadidə Şəbnəm Aktop bildirib ki, hərəkat çərçivəsində 160 yaşayış məntəqəsi nəzarətə götürülüb, 2200 kvadrat kilometr ərazi terrorçulardan təmizlənib. Onun sözlərinə görə, hərəkat zamanı Türkiyə ordusunun 7 hərbçisi şəhid olub, 90 hərbçisi isə yaralanıb. Eyni zamanda Azad Suriya […]

Bakıda 2 marşrut xəttinin istiqaməti dəyişdirildi – DİQQƏT

Bakıda bəzi marşrut xətlərinin hərəkət istiqamətində dəyişiklik edilib. Bakı Nəqliyyat Agentliyindən “Cümhuriyyət”ə verilən məlumata görə, oktyabrın 25-26 – da Bakı şəhərində “Qoşulmama Hərəkatı”na üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşünün keçirilməsi ilə əlaqədar olaraq Təbriz küçəsinin G.Qədirbəyova və Həsənoğlu küçəsi ilə kəsişmələrində tətbiq ediləcək məhdudiyyətə uyğun olaraq 5 və 11 nömrəli marşrutların hərəkət […]

Şahin Mustafayev Baş Nazirin müavini təyin edilib

Şahin Mustafayev Baş Nazirin müavini təyin edilib. APA-nın xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb

Şahin Mustafayev İqtisadiyyat naziri vəzifəsindən azad edilib

Şahin Abdulla oğlu Mustafayev Azərbaycan Respublikasının İqtisadiyyat naziri vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Pensiya yaşını keçən yüksək vəzifəlilərin SIYAHISI

“Sizin ərizə ilə mənə müraciətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm”. Sözsüz ki, ölkə başçısı İlham Əliyevin baş nazirin müavini vəzifəsindən azad olunan Hacıbala Abutalıbovla görüşdə səsləndirdiyi bu fikirlər iqtidar komandası üçün […]

“Azərbaycana ən yüksək səviyyədə kadrlar lazımdır” – Səməd Seyidov

Prezident konkret fikir bildirdi. Artıq bu məsələ əyani sübutunu tapır. Özünüz görürsünüz ki, Nazirlər Kabinetində nə dərəcədə yüksək səviyyədə gənc kadrlar təmsil olunur. Bu proses davam etdiriləcək. “Azpolitika.info” məlumatına görə, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri, Milli Məclisin komitə sədri Səməd Seyidov prezidentin gənc kadrları irəli çəkilməsinə dair son fikirlərini şərh edərkən deyib. Səməd Seyidov əlavə edib […]

Azərbaycanda gələn il üçün yaşayış minimumunun məbləği məlum olub

Azərbaycanda 2020-ci il üçün yaşayış minimumunun məbləği məlum olub. APA-nın xəbərinə görə, bu, büdcə zərfinə daxil olan “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat və uşaqlar 170 manat məbləğində müəyyən edilib.

“Sədrin yanında nüfuzunu artırmaq üçün…” – Fazil Mustafadan Ziyafət Əsgərova cavab gəldi

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlament sədrinin birinci müavini Ziyafət Əsgərovun deputat Fazil Mustafanın ünvanına söylədiyi tənqidi fikirlərə qarşı tərəfdən cavab gəlib. “AzPolitika.info” xatırladır ki, Z.Əsgərov F.Mustafanı parlamentdə “selfi” çəkdirib, özünü reklam etdirməkdə günahlandırıb. Sitat: “Deputat Fazil Mustafa saytlardan birinə müsahibəsində deyib ki, parlamentdə sosial şəbəkədə olan paylaşımlarımızı məhdudlaşdırırlar… Fazil Mustafa, Siz burada “selfie”, […]

Bakıda dam örtüklərinin təmiri davam edir: sırada …

Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə paytaxt Bakı şəhərinində 380 ədəd çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) 10,0 milyon manat vəsait ayrılıb. İlk növbədə dam örtüyünin təmir ediləcək 380 binanın siyahıları, görüləcək işlərin həcmi və digər məsələlər dəqiqləşdirilib, işləri görəcək podtatçılar müəyyənləşdirilib. Bu […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2019
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031