Azərbaycanın icmal büdcəsində 8 milyard manata yaxın qalıq yaranıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin mədaxili ötən ilin eyni dövrü ilə müqayisədə 4,9% çox – 16 871,2 milyon manat, məxarici isə illik müqayisədə 6,5% çox – 16 690,6 milyon manat təşkil edib, büdcədə 180,6 milyon manat qalıq yaranıb. Bu barədə Maliyyə Nazirliyinin açıqlamasında bildirilir. Məlumata görə, hesabat dövründə Vergilər Nazirliyinin xətti ilə büdcəyə […]

Dollar sabah neçəyə olacaq?

Azərbaycan Mərkəzi Bankı (AMB) dolların oktyabrın 24-nə olan məzənnəsini açıqlayıb. 24.10.2019-cu il tarixindən etibarən Mərkəzi Bank tərəfindən ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

Bu ilin 9 ayında Bakıda 8023 cinayət hadisəsi qeydə alınıb

Bu ilin 9 ayında Bakıda 8023 cinayət hadisəsi qeydə alınıb. APA-nın məlumatına görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsində keçirilən əməliyyat müşavirəsində Baş İdarənin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Teymur Hacıyev bildirib. O qeyd edib ki, cari ilin 9 ayı ərzində paytaxtda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə qeydə alınan həmin cinayətlərin […]

Ramiz Mehdiyev AMEA prezidenti vəzifəsinə təsdiqlənib – SƏRƏNCAM

Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş Ramiz Ənvər oğlu Mehdiyev bu vəzifəyə təsdiq edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezident Ramiz Mehdiyevi qəbul edib – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Ramiz Mehdiyevi qəbul edib və ona “Heydər Əliyev” ordenini təqdim edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının tərkibinə daxil edilib – FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir:”Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”nə “Azərbaycan Respublikasının daxili işlər naziri;” sözlərindən sonra “Ramiz […]

Bu gecə Babək prospekti rənglənəcək – DİQQƏT

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün saat 23:00-dan səhər saatlarınadək Babək prospektində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu barədə “Cümhuriyyət”ə Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu səbəbdən sürücülərdən sözügedən küçə və yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş […]

Rövzət Qasımov MSK sədrinin müavini seçilib

Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü təyin edilən Rövzət Qasımov MSK sədrinin müavini seçilib. Qərar MSK-nın bu gün keçirilən iclasında qəbul olunub. İclasda Rövzət Qasımovun MSK sədrinin müavini seçilməsi təklif olunub. Müzakirələrdən sonra təklif komissiyanın yekdil qərarı qəbul edilib.

Ramiz Mehdiyev vəzifəsindən azad edilib

Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib. APA-nın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezident İlham Əliyev Mikayıl Cabbarovu yeni vəzifəyə təyin olunması ilə bağlı qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib. Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2019
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031