Yevlaxda Nəriman Nərimanovun heykəli dağıdılıb

  Yevlaxda N.Nərimanovun heykəli dağıdılıb. Hadisə Yevlax rayonunun Tanrıqullar kəndində olub. Həmin kəndin sakini Mikayıl Zülfü oğlu Kərimov Nəriman Nərimanovun bu kəndin mərkəzində olan abidəsini söküb. Tanrıqullar kənd icra nümayəndəsi Nəsib İsmayılovla əlaqə saxlanılıb. Şifahi sorğuya cavab olaraq kənd icra nümayəndəsi bildirib ki, “Nəriman Nərimanovun heykəli Tanrıqullar kəndindəki uşaq bağçasının həyətində olub. 90 – cı […]

İşsizlikdən sığorta ödənişi üçün üç aylıq gözləmə müddəti ləğv edilib

  Azərbaycanda işsizlikdən sığorta ödənişi alan şəxslərin əhatə dairəsi genişləndiriləcək. Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında III oxunuşda deputatların müzakirəsinə çıxarılan “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb. Həmçinin sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddətinin ləğv edilməsi nəzərdə tutulub. Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib. […]

Gələn il artacaq maaşları bu ilin inflasiyası “yeyib-bitirib”

“Ölkədə dövlət ümumi təhsil müəssisələrində 150 minə yaxın müəllim çalışır, onların orta aylıq maaşı 564 manatdır, əgər maaşlar 20% artsa, yanvardan həmin şəxslər 674 manat maaş alacaqlar”.   Bu fikirləri iqtisadçı ekspert Natiq Cəfərli bildirib.   Onun sözlərinə görə, rəsmi rəqəmlərə görə, ərzaq məhsulları illik müqayisədə 14,9% bahalaşıb.   “Bu rəsmi rəqəmlərdir, qeyri-rəsmi hesablamalar ərzaq […]

Jurnalist ev dustaqlığına buraxılmadı

Nəsimi rayon Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun (Xəttab) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.  Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində ifadə verən Kənan Kərimov bildirib ki, Mahir Ələkbərov ondan Ramiz Göyüşovun mobil telefon nömrəsini alıb. Şahid deyib ki, başqa heç nədən məlumatı olmayıb.   Vəkil […]

İlham Əliyevdən Ermənistana XƏBƏRDARLIQ

Bu gün Ermənistan ordusu yoxdur. Əgər Ermənistan yenidən bizim üçün təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaqdır.   Bu barədə Prezident İlham Əliyev dekabrın 24-də Hadrutda yeni hərbi hissənin açılışında çıxış edərkən bildirib.   Dövlət başçısı deyib: “Biz heç vaxt imkan verə bilmərik ki, xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə hər hansı […]

“Azərbaycanla razılığa gəldik” – İranın XİN rəhbəri

“Azərbaycana rəsmi səfər zamanı yeni səhifə açmaq barədə razılığa gəldik”.   Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian tviter hesabında yazıb.   “Prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və parlament sədri Sahibə Qafarova ilə görüşdən sonra əlaqələrimizi daha da inkişaf etdirmək üçün yol xəritəsi hazırladıq. Orada yaşayan iranlılarla tanış olmaqdan məmnun oldum. […]

Azyaşlı anaların rayonlar üzrə BÖLGÜSÜ

Azərbaycanda 18 yaşadək analar tərəfindən doğulan uşaqların iqtisadi rayonlar üzrə statistikası açıqlanıb. 2020-ci ildə 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 1917 nəfər təşkil edib.   Bu, “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda əksini tapıb.   Sənəddə qeyd edilib ki, onlardan Aran iqtisadi rayonu üzrə 698 nəfər, Gəncə-Qazax iqtisadi […]

Lotereyanın təşkili qaydaları təsdiqləndi

Bu gün Milli Məclisin iclasında “Lotereyalar haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.   Qanun layihəsi dövlət başçısının sərəncama uyğun olaraq hazırlanıb və aşağıdakıları nəzərdə tutur: – lotereyaların təşkili və keçirilməsi sahəsində tənzimləyici orqanın müəyyən olunması və onun fəaliyyət dairəsinin təkmilləşdirilməsi, o cümlədən tiraj komissiyasının üzv ola biləcək şəxslərin siyahısınım və onların vətəndaş qüsursuzluğunu təsdiq edən sənədlərin […]

Övladlığagötürmə ilə bağlı yeni qayda müəyyənləşdi

Azərbaycanda övladlığagötürmə qaydasına dəyişiklik təklif edilir.   Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə dəyişiklik olunur.   Dəyişikliklə Məcəllənin 118.20-ci bəndi yeni redaksiyada verilir: “Uşağın övladlığa götürülməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya […]

Prezidentdən yeni TƏYİNATLAR

İqtisadiyyat nazirinə yeni müavinlər təyin edilib.   Bu barədə Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.   Sərəncama əsasən, Rövşən Çingiz oğlu Nəcəf nazirin birinci müavini, Sahib Əli oğlu Məmmədov müavin təyin edilib.   Qeyd edək ki, R. Nəcəf bu təyinata qədər iqtisadiyyat nazirinin müavini idi.     Rövşən Nəcəf

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031