Ərdoğan Özbəkistana gedib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistana yola düşüb. Cumhuriyyet.az xəbər verir ki, Ərdoğan Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin liderlərinin Zirvə Görüşündə iştirak etmək üçün Səmərqəndə gedib. Qeyd edək ki, TDT liderlərinin Zirvə Görüşü sabah keçiriləcək.

Rəşad Dağlı prokurorluğa GƏTİRİLDİ – FOTO

Tanışını qətlə yetirməkdə şübhəli bilinən meyxanaçı Rəşad Dağlı (Əmirov) prokurorluğa gətirilib. Cumhuriyyet.az APA-ya istinadən xəbər verir ki, hazırda Qaradağ Rayon Prokurorluğunda onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi işləri aparılır.

Məşhur müğənni 40 milyona LÜKS EV ALDI – FOTO

Məşhur müğənni Hadisə yeni evinə ödədiyi qiymətlə gündəmə gəlib. Cumhuriyyet.az xəbər verir ki, müğənninin İstanbulda – Yeniköydə yerləşən yeni evinə 40 milyon lirə ödədiyi bildirilib. Qeyd edək ki, Hadisə son zamanlar evliliyində olan problemlərlə gündəmdə idi. Müğənni ötən ay iş adamı olan həyat yoldaşı Mehmet Dinçərlərdən boşanıb.

Rəşad Dağlı amnistiyaya düşə bilərmi? – Vəkildən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, tanınmış meyxanaçı Rəşad Dağlı qonşusunu qətlə yetirib. O, ötən gün polislər tərəfindən saxlanılıb. Meyxanaçının törətdiyi cinayətlə bağlı ilk məhkəmə iclasının bu gün baş tutacağı gözlənilir. Sosial şəbəkələrdə isə sözügedən şəxsin müəyyən müddət sonra amnistiya ilə azadlığa çıxa biləcəyi kimi fikirlər səsləndirilməkdədir. Maraqlıdır, ağır cinayət törədən şəxs qısa müddət ərzində bağışlana bilərmi? Cumhuriyyet.az […]

Neft cüzi ucuzlaşdı

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2023-cü ilin yanvar müqaviləsinin dəyəri 0,04% azalaraq, 1 barelə görə 92,61 dollar təşkil edib. Cumhuriyyet.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,07% azalaraq, 85,77 dollara bərabər olub.

Mirzoyan Fransaya gedir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransaya səfər edəcək. Cumhuriyyet.az xəbər verir ki, Mirzoyan səfər çərçivəsində fransalı həmkarı Katrin Kolonna və digər rəsmi şəxslərlə görüş keçirəcək. Mirzoyan, həmçinin noyabrın 11-12-si baş tutacaq Paris Sülh Forumunda da iştirak edəcək.

Rəşad Dağlının bu gün hakim qarşısına çıxarılması gözlənilir

Noyabrın 9-u səhər saat 05:00 radələrində 1979-cü il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirən məşhur meyxanaçı Rəşad Əmirov (Dağlı) bu gün hakim qarşısına çıxarıla bilər. Cumhuriyyet.az xəbər verir ki, meyxanaçı Rəşad Dağlının barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanının təqdimatına Qaradağ Rayon Məhkəməsində baxılması […]

Bu gün Mustafa Kamal Atatürkün anım günüdür

Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürkün vəfat etməsindən 84 il ötür. Cumhuriyyet.az xəbər verir ki, 57 illik həyatında millətinin və vətəninin istiqlaliyyəti uğrunda apardığı hər bir mübarizəni zəfərlə taclandıran Atatürkün adı Türkiyə və dünya tarixinə qızıl hərflərlə yazılıb. Atatürk 1881-ci ildə Selanikdə anadan olub. Təhsil aldığı Selanik Hərbi Liseyində riyaziyyat müəllimi […]

Putin Paşinyanla telefonla DANIŞDI

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Cumhuriyyet.az xəbər verir ki, telefon danışığı zamanı Putin və Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitinə hazırlığı müzakirə ediblər. Qeyd edək ki, KTMT-nin sammiti noyabrın 23-də İrəvanda keçiriləcək.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930