YAP bu deputatlarından imtina edir – ADLAR

28.03.2024 - 14:49

Bu il ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə bağlı hakim Yeni Azərbaycan Partiyasının  namizədlərinin  müəyyənləşdirilməsi üçün işə başlanılıb. Belə ki, gununsesi.info-nun hökumətdəki mənbələrdən əldə etdiyi məlumata görə, ölkənin 125 seçki dairəsi üzrə hakim partiyanın namizədlərinin ilkin siyahısı  bu yaxınlarda elan ediləcək.

“Milli Məclisin YAP-dan olan hazırki  deputlarının bir çoxu vahid namizədlər siyahısında olmayacaq” deyən mənbəmiz onlardan bəzilərinin adını açıqlayıb: “Nizami Cəfərov, Rauf Əliyev, Oqtay Əsədov, İsa Həbibəyli, Vasif Talıbov, Ülviyyə Həmzəyeva, Eldar İbrahimov, İmamverdi İsmayılov, Aydın Mirzəzadə, Aqil Məmmədov, Anar Məmmədov, Siyavuş Novruzov,Bəxtiyar Sadıqov, Tahir Rzayev və Mixail Zabelin yola salınacaq şəxslərdir. 

YAP-ın irəli sürəcəyi namizədlərin seçimində partiyanın İdarə Heyətindən daha çox hakim komandada yüksək vəzifə tutan 3-4 şəxsin təqdimatını verdiyi şəxslər əsas götürüləcək.

Məlumatda, həmçinin o da xüsusi vurğulanır ki, irəli sürülən namizədlərin seçilməsi üçün yeri icra hakimiyyəti orqanlarına hansısa saxtakarlıqlara getmək qadağan ediləcək.

“Ali siyasi rəhbərliyin mövqeyi budur ki, YAP-ın namizədləri seçkini özü qazanmalıdır”  deyə mənbəmiz vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=199653

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930