İranın beş hərbi kateri Britaniya tankerini ələ keçirmək istəyib

Hörmüz boğazında İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) beş kateri Böyük Britaniyaya məxsus tankeri dayandırmağa çalışıb. “TASS” xəbər verir ki, məlumatı ABŞ administrasiyasındakı mənbə yayıb. Tanker Fars körfəzini tərk edən zaman beş kater ona yaxınlaşıb. Ekipaja kursun dəyişdirilməsi və tankerin İranın ərazi sularında dayandırılması əmri verilib. Lakin tankeri müşayiət edən Böyük Britaniyanın Kral Dəniz Donanmasının freqatı […]

Xaçmazda məktəbin həyətində kişi meyiti tapılıb

Xaçmazda orta məktəbin həyətində kişi meyiti tapılıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, ölən şəxsin Xaçmaz şəhər sakini, 1976-cı il təvəllüdlü Bağırov Rafiq Mustafa oğlu olduğu müəyyənləşib. İlkin məlumata görə, meyitin üzərində hər hansı zorakılıq əlamətləri müşahidə olunmayıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

İranda terror aktı törətmək istəyən qruplaşma zərərsizləşdirilib

İranda İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) quru qoşunlarının Nəcəf Əşrəf qərargahı Kirmanşah əyalətində terror aktı törətmək istəyən qruplaşmanı zərərsizləşdirib. APA-nın Tehran bürosunun məlumatına görə, terror qruplaşması ölkənin qərb sərhədlərindən İran ərazisinə daxil olaraq terror aktı törətmək istəyib. SEPAH qüvvələri ilə terrorçular arasında atışma baş verib. Atışma zamanı Məhəmmədxan Süleymani Nəsəb adlı SEPAH üzvü öldürülüb. Terrorçulardan […]

6 ayda istehsalatda bədbəxt hadisələr nəticəsində 24 nəfər ölüb

Bu ilin 6 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə 3964 şikayət ərizəsi, hüquqi şəxslərdən isə 3 min 106 məktub daxil olub. Trend-in məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşkilatçılığı ilə “Strateji əməletmə planlaşdırılmasına Beynəlxalq Əmək Təşkilatının yanaşması. Əməyin təftişi və məşğulluq […]

“SSRİ-nin dağılması Rusiyanın özü üçün də müsbət dəyişiklik idi” – Donald Tusk

“Mən ucadan və aydın şəkildə demək istəyirəm ki, SSRİ-nin dağılması Mərkəzi və Şərqi Avropa ölkələri üçün böyük və müsbət hadisə idi”. APA-nın yerli bürosunun xəbərinə görə, bunu Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Gürcüstanın Batumi şəhərində “Şərq Tərəfdaşlığı”nın 10-cu ildönümü münasibəti ilə keçirilən 1-ci investisiya forumunda deyib. O bildirib ki, Avropa İttifaqının genişlənməsi region üçün […]

Akif Çovdarovun məhkəməsi novbəti dəfə təxirə salınıb

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun kassasiya şikayəti üzrə məhkəmə prosesi baş tutmayıb. “Report” xəbər verir ki, hakim Əziz Seyidovun sədrlik etdiyi qapalı iclas qeyri-müəyyən səbəbdən təxirə salınıb. Qeyd edək ki, bundan əvvəlki proses də təxirə düşmüşdü. Ləğv edilmiş MTN-in Energetika […]

Ceyhun Bayramov şöbə müdirini vəzifəsindən azad edib

Tərtər Rayon Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb. “Report”un Qarabağ Mərkəzinin məlumatına görə, bununla bağlı Təhsil naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Surxay Mirzəyev Tərtər Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edilib. Hələlik bu vəzifəyə yeni təyinat olmayıb. Qeyd edək ki, S.Mirzəyev 2015-cü ildən Tərtər Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışırdı.

ABŞ-ın Türkiyəyə təyin etdiyi yeni səfir Ankaraya gəlib

ABŞ-ın Türkiyəyə təyin etdiyi yeni səfir bu gün Ankaraya gəlib. APA-nın yerli bürosunun xəbərinə görə, yeni səfir Devid Saterfild etimadnaməsini təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq. ABŞ-ın Türkiyədəki səfirliyinin rəsmi “Twitter” səhifəsində belə fikirlər paylaşılıb: “ABŞ-ın Ankara səfiri olaraq təyin olunmuş David M.Satterfieldin Ankaraya gəlməsindən məmnunlıq duyuruq”. Qeyd edək ki, 4 dil bilən, 64 yaşlı […]

SOCAR-da Çinin İpək Yolu Fondu ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Çinin İpək Yolu Fondunun Müşahidə Şurasının sədri Yan Zedjunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. “Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, SOCAR-ın prezidenti Çinin İpək Yolu Fondunun böyük investisiya imkanlarından danışıb və bu sərmayənin bütün dünyanın inkişafına töhfə verə biləcəyini vurğulayıb. İpək Yolu Fondunun Müşahidə Şurasının sədri […]

Avropa Liqası: Bu gün 43 oyun keçiriləcək

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin ilk görüşlərinə yekun vurulacaq. “Report”un məlumatına görə, turnirin əsas oyun günündə 43 qarşılaşma təşkil olunacaq. Azərbaycan təmsilçilərindən “Səbail” Bakıda Rumıniyanın “Universitatya” (Krayova) komandasını qəbul edəcəyi halda, “Neftçi” Kişinyovda Moldova “Sperantsa”sının qonağı olacaq. “Səbail” mərhələ adlasa, “Honved” (Macarıstan) – “Jalgiris” (Vilnüs, Litva) cütünün qalibi ilə qarşılaşacaq. Bu baxımdan, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2019
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031