Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin istintaqı başa çatıb

Dövlətə xəyanətdə təqsirləndirilən Ələkbərov Anar Vaqif oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. APA-nın məlumatına görə, A. Ələkbərov barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək. Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatına görə, Anar […]

Benyamin Netanyahu İranı təhdid edib

İsrailin baş naziri Benyamin Netanyahu İranı yeni F-35 qırıcıları ilə təhdid edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, B. Netanyahu bu barədə yeni F-35 qırıcılarının hərbi-hava donanmasını ziyarət edərkən bildirib. “İran bu yaxınlaradək İsraili məhv edəcəyi ilə hədələyirdi. İran unutmamalıdır ki, bu təyyarələr İran və Suriya da daxil olmaqla, Yaxın Şərqdə istənilən mövqeyə çata […]

“Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik” – Aİ Şurasının Prezidenti

“Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir”. APA-nın xəbərinə görə, bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Donald Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatlarla çıxış edərkən deyib. O qeyd edib ki, Avropa İttifaqı və Azərbaycan hər il bir-birinə yaxınlaşır: “Münasibətlərimiz intensivləşib və mənim bugünkü səfərim buna aydın işarədir. 2018-ci ildə biz tərəfdaşlıq […]

Dolların sabaha olan məzənəsi

İyulun 10-na manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan verilən məlumata görə, 10.07.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub. Qeyd edək ki, 2019-cu il iyulun 9-da da USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.

Abşeronda şəhid anasının evini uçurdublar? – “Deyirlər ki, Akif müəllim əmr verib”

Abşeron rayon İcra Hakimiyyətilə bağlı daha bir şikayət yayılıb. İcra hakimiyyəti tərəfindən  şəhid anası Sütun Əhmədovaya məxsusun evi uçurulduğu bildirilir. Maraqlı məqam odur ki, bu evin tikintisinə vaxtilə İcra Hakimiyyəti tərəfindən rəsmi icazə verib. Sütun Əhmədova mətbuata bildirib ki, şəhidin qan pulunu alıb, kredit də götürüb o biri oğluna ev tikmək istəyib: “11 min manat […]

“Azəriqaz” abonentlərinin sayını açıqlayıb

Bu ilin yanvar-iyun ayları ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 47 596 yeni abonent qeydiyyata alınıb. “Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, bunun da 24 670-i Bakı, Abşeron və Sumqayıt, 22 926-ı isə regionlar üzrədir. Yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa […]

Terimdən Ardanın transferinə “yaşıl işıq”

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim müqavilə ilə “Barselona”ya məxsus olan Arda Turanın transferinə razılıq verib. Qol.az-ın “Hürriyyət”ə istinadən yaydığı xəbərə görə, 65 yaşlı mütəxəssisin bu qərarından sonra klub rəhbərliyi sabiq futbolçusunun transferi üçün hazırlıqlara başlayıb. 31 yaşlı oyunçunun da İstanbul klubuna keçməyi çox istədiyi vurğulanıb. “Başakşəhər”in daha 1 illik icarə müqaviləsi olan A.Turanı yüksək maaşı […]

Vəkilləri Köçəryanı həbsdən buraxdırmaq istəyir

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın vəkilləri məhkəməyə növbəti müraciət ünvanlayıblar. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, müdafiəçilər eks-prezidentin girov qarşılığında azadlığa buraxılmasını xahiş edib. Məlumatda deyilir ki, müraciət İrəvandakı birinci instansiya məhkəməsinin hakimi David Qriqoryana göndərilsə də, hələlik qarşı tərəfdən cavab gəlməyib. Xatırladaq ki, bir müddət öncə Köçəryan son bir ildə sayca üçüncü dəfə […]

Rusiyalı ekspert: “Ermənilər inad göstərsə, Azərbaycanın başqa seçimi qalmaya bilər”

Tanınmış rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko Media.az-a müsahibəsində bəyan edib ki, Rusiya siyasətinin Cənubi Qafqazda problemləri var. Onun sözlərinə görə, Rusiya xalqlarla işləmir, Rusiya elitası geosiyasi oyunlar oynayır və Cənubi Qafqazı qəbul etmir: “Bu, Rusiya siyasətinin postsovet məkanında əsas səhvidir. Məsələn, Bidzina İvanişvili Gürcüstanı faktiki olaraq nəzarətə götürəndə Moskvadakı elita düşündü ki, “artıq […]

Prezident: “Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr tərəfdaşlıq ruhu və qarşılıqlı dəstəyə əsaslanır”

“Biz digər sektorlarda da yaxşı əməkdaşlıq edirik. Ümidvarıq ki, bütün planlarımız həyata keçiriləcək. Çünki Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr tərəfdaşlıq ruhu və qarşılıqlı dəstəyə əsaslanır”. “Report”un məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Bakıda Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskla birgə mətbuata bəyanatla çıxış edərkən deyib. “Mən bu əlaqələrin inkişafına verdiyi […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2019
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031