Eynulla Fətullayev də Mirşahini vicdanlı olmağa çağırdı

“Hətta dostumdan ayrılsa idim, heç zaman ona məxsus olan tezliyə iddia etməzdim. Vicdan əzabı çəkərdim, yaşaya bilməzdim!”  Real TV-nin direktoru Mirşahin Ağayevin “102 FM heç vaxt Çingiz Mustafayevin adını daşımayıb” açıqlaması “virtualaz.org” saytının rəhbəri Eynulla Fətullayevin etirazına səbəb olub. Modern.az xəbər verir ki, E.Fətullayev özünün feysbuk hesabında M.Ağayevin vaxtilə ANS-in efirində 102 FM radisounun Azərbaycanın […]

Prezident Administrasiyasında yeni təyinat

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini vəzifəsinə təyinat olub. APA-nın məlumatına görə, Prezident İlham Əliyevin sərəncamı ilə Nüsrət Süleyman oğlu Süleymanov Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini təyin edilib. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevdir.

MSK 3 partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb

2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün üç partiya Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. “Report” xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında növbədənkənar seçkilərdə iştirak üçün bir sıra siyasi partiyanın səlahiyyətli nümayəndələrinin qeydə alınmasına dair müraciətə baxılıb. Beləliklə, iclasda Yeni Azərbaycan Partiyasının (YAP), Ümid Partiyasının və Vətəndaş Həmrəyliyi Partiyasının […]

Akademik Musiqili Teatrda “Toya bir gün qalmış” 40-cı dəfə…

15 dekabr saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Şöhrət” ordenli Xalq artisti, milyonların gülüş payı Afaq Bəşirqızının iştirakı ilə yazıçı-dramaturq Əli Səmədlinin “Toya bir gün qalmış” iki hissəli komediyası 40-cı dəfə nümayiş olunacaq. Tamaşaçıların hər dəfə böyük maraq və rəğbətlə qarşıladığı bu tamaşa 2015-ci ildən teatrın​ repertuarındadır və​ artıq neçə ildir ki, uğurla nümayiş […]

Bu özəl xəstəxanalarda xidmətlər pulsuz olacaq – SİYAHI

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 5 özəl xəstəxana ilə müqaviləsi var”. APA xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov deyib. Onun sözlərinə görə, bura Mərkəzi Klinik Xəstəxana, Respublika Diaqnostika Mərkəzi, Bakı Sağlamlıq Mərkəzi, Gəncə Beynəlxalq Xəstəxanası və Mərkəzi Klinikanın Gəncə filialı daxildir: “Agentliyin göndərişi […]

İsrail Knesseti özünü buraxmaq qərarına gəlib

İsrail Knessetinin (birpalatalı parlamentinin) 22-ci çağırış deputatları parlamenti buraxmaq barədə qərar qəbul ediblər. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, hələlik qanun layihəsi ilkin oxunuşda təsdiqlənib. İsrail Parlamentinin yaydığı məlumatda səs verən 50 nəfərin hamısının qərarın lehinə səs verdiyi vurğulanıb. Qanun layihəsinə görə, 23-cü çağırış Knessetə seçkilər 2020-ci il martın 2-də keçiriləcək. Qeyd edək ki, […]

“Azərbaycan Sənaye Korporasiyası”nda daha bir kadr dəyişikliyi baş verib

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “ASK Heyvandarlıq” MMC-nin rəhbəri dəyişib. “Report” xəbər verir ki, indiyə qədər müəssisəyə rəhbərlik edən Səbuhi Tahirzadəni onun müavini Azad Səmədov əvəz edib. Xatırladaq ki, bir qədər əvvəl ASK-ya məxsus “ASK Şüşə” MMC-nin də rəhbəri dəyişmişdi.

ReAL Partiyası növbədənkənar parlament seçkilərində iştirak üçün blok yaradıb

ReAL Partiyası növbədənkənar parlament seçkilərinə blok şəklində gedəcək. APA-nın xəbərinə görə, bu barədə Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri İlqar Məmmədov bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu məqsədlə ReAl Cümhuriyyətçilər İttifaqı yaradılıb: “Blokda ReAl Partiyasının üzvləri və müstəqil namizədlər təmsil olunacaq. Parlamentə seçildikləri təqdirdə isə eyni adlı blok şəklində fəaliyyət göstərəcəklər”. İ. […]

“Yeni parlamentdən soruşarsınız” – Deputat incik danışdı

Azərbaycanda dekabrın 23-də bələdiyyə seçkiləri keçiriləcək. Seçkilərə çox az müddət qalmasına baxmayaraq, ölkə gündəmində bələdiyyələrlə bağlı müzakirələrə, açıqlamalara, namizədlərin təbliğat-təşviqat kampaniyasına çox az rast gəlirik. İnsanlar bələdiyyə seçkiləri ilə bağlı prosesin sönük getdiyini, hətta parlamentin buraxılması hadisəsinin bu seçkiləri kölgədə qoyduğunu düşünürlər. Modern.az-a danışan V çağırış Milli Məclisin deputatları isə bu fikirlə razılaşmayıblar. Kamran Bayramov iddia […]

Azərbaycan yığması Ermənistanla eyni qrupa düşüb

Kişi basketbolçular arasında kiçik ölkələrin Avropa çempionatının püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Almaniyanın Frayzinq şəhərində baş tutan tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. Yığmamız Ermənistan, İrlandiya və Andorra ilə B qrupunda mübarizə aparacaq. Qrupun matçları 2020-ci il iyunun 29-dan iyulun 4-dək Limerik şəhərində təşkil olunacaq. Digər qrupda Malta, Cəbəllütariq və San-Marino basketbolçuları oynayacaqlar. 16 […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031