Xaçmazın kəndində seçkilərin nəticəsinə etiraz edirlər – FOTO

Bu gün, dekabrın 24-də Xaçmaz rayonunun Niyazoba kəndinin bir qrup sakini etiraz aksiyası keçirib. Onlar dekabrın 23-də kənd üzrə keçirilmiş bələdiyyə seçkilərinin nəticələrindən narazılıq ediblər. Sakinlərin iddialarına görə, bələdiyyə seçkilərində saxtakarlıq baş verib. Onların vurğulamasına görə, bülleten dolu qutular seçki məntəqəsindən kənara aparılıb, protokollar da məntəqələrdə doldurulmayıb. Kənd bələdiyyəsinin binası önünə toplaşan 50 nəfər şəxs […]

SOCAR prezidenti Gürcüstanın Baş naziri ilə görüşüb

SOCAR prezidenti Rövnəq Abdullayev Tbilisidə Gürcüstanın Baş naziri Giorgi Qaxariya ilə görüşüb. SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, görüşdə Gürcüstan iqtisadiyyatında əhəmiyyətli rol oynayan SOCAR-ın bu ölkədə həyata keçirdiyi irimiqyaslı layihələrin əhəmiyyəti xüsusi vurğulanıb. Görüş zamanı qeyd olunub ki, Gürcüstan hökuməti Tercola şəhəri yaxınlığında “SOCAR Georgia Petroleum”un yeni çoxfunksiyalı kompleksinin açılışını alqışlayır. Hökumət administrasiyasının binasında keçirilən […]

Doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanının vaxtı açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanına hazırlaşanlara müraciət edib. DİM-dən verilən məlumata görə, “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il tarixli 443 nömrəli qərarına əsasən, doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən, fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün […]

Qüdrət Həsənquliyev Bakıdan namizəd oldu – Səməd Seyidovun dairəsindən…

Fəttah Heydərov isə Naxçıvandan namizəd olacaq Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin parlament seçkilərinə hansı dairədən qatılacağı məlum olub. “AzPolitika.info”-nun məlumatına görə, Q.Həsənquliyev Bakıdan – 36 saylı Xətai dördüncü Seçki Dairəsindən namizədliyini irəli sürüb. Partiya sədri saytımıza bu məlumatı təsdiq edib. Xatırladaq ki, sözügedən dairəni hazırda Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov təmsil edir. […]

Nizaməddin Quliyev və Ramiz Tatarov apelyasiya şikayəti verməkdən imtina ediblər

Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini olmuş Ramiz Tatarov barələrində seçilmiş həbs qətimkan tədbirindən apelyasiya şikayəti verməyib. APA-nın məlumatına görə, təqsirləndirilən şəxslər şikayət verməkdən imtina ediblər. Xatırladaq ki, adıçəkilən şəxslər barəsində bir neçə gün əvvəl Səbail rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı […]

Qanunsuz parklanma yerləri ləğv olunur? – FOTO

Metronun “28 May” stansiyasının çıxışında yerləşən avtomobillərin parklanma yeri ləğv olunub. AzPolitika.info-nun əməkdaşı müşahidə edib ki, əraziyə polislər nəzarət edir, gələn avtomobillər başqa istiqamətlərə yönləndilir. Parkalanma ilə məşğul olan işçilər də gözə dəymir. Yaxınlıqdakı dükanda çalışan işçilərdən biri əməkdaşımıza deyib ki, artıq bir neçə gündür parkalanma yeri işləmir. Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyi (BNA) ötən […]

“Əminəm ki, DOST mərkəzinə müraciət edən hər bir şəxs buradan razı qayıdır” – Prezident

“DOST mərkəzlərinin yaradılması çox gözəl, əlamətdar hadisədir. Bu mərkəzlər sosial təminat sahəsində çox böyük dönüş yaradıbdır, innovasiyaların və müasir xidmətlərin göstərilməsi üçün çox gözəl alət olubdur. Şadam ki, DOST mərkəzlərinin yaradılması artıq geniş vüsət alır və bu, il ərzində açılan ikinci mərkəzdir. Gələn il də Bakıda və rayonlarda bir neçə mərkəzin açılışı nəzərdə tutulur. Beləliklə, […]

Elşən Gəncəvi Azərbaycan Prezidenti İlham Əliyevi təbrik etdi

“PUBLIC AZERBAIJAN” Konsepsiyasının yaradıcısı, AMV Şirkətlər Qrupunun rəhbəri, “Oxu-magiya” kitabının yazarı, İş Adamı, İctimai Xadim Elşən Gəncəvi (Nəcəfov Elşən Hökumət oğlu) Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. AMVPRESS.AZ xəbər verir ki, təbrikdə deyilir: Hörmətli cənab Prezident İlham Əliyev! Ölkəmizdə son zamanlar sosial iqtisadiyyatın dinamikasının intensivliyi, hər bir sahədə yeniliklərin tətbiqi Azərbaycana yeni nəfəsin gəldiyini hiss etdirir. […]

Zahid Oruc parlament seçkilərinə qatılır

Beşinci çağırış Milli Məclisin deputatı Zahid Oruc da gələn il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək. Modern.az xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc namizədliyini 94 saylı Bərdə seçki dairəsindən irəli sürüb. O bildirib ki, təmsil etdiyi müddətdə Bərdədə böyük inam, xeyirxahlıq, yüksək anlaşma görüb. Hər zaman seçicilər qarşısında […]

BDU universitetin binasından şüar asılmasına münasibət bildirib

Bakı Dövlət Universiteti (BDU) 2 saylı korpusun binasından şüar asılmasına münasibət bildirib. Universitetdən “Report”a verilən məlumata görə, hazırda məsələ araşdırılır. Qeyd edək ki, sosial şəbəkələrdə BDU-nun 2 saylı korpusunun fasadından “Pulsuz təhsil” şüarı yazılmış afişanın asıldığını əsk etdirən foto yayılıb. 6-cı mərtəbənin pəncərəsindən endirilən afişa Şərqşünaslıq fakültəsinin bir qrup tələbəsi tərəfindən hazırlanıb. Həmin şüarı hazırlayan […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031