MSK sədri deputatlığa namizədlərin sayını açıqlayıb

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib. MSK sədri deyib ki, hazırda 1374 nəfər deputatlığa namizəd var. Deputatlığa namizədlərin 248  nəfəri 19 siyasi partiyanın siyahısında olan şəxslərdir.  Ümumilikdə isə deputatlığa namizədliyi qeydə alınan şəxslərin […]

İqbal Ağazadə və Rauf Arifoğlunun namizədi olan dairənin sədri dəyişdi

35 Saylı Xətai Üçüncü Dairə Seçki Komissiyasının sədri dəyişib. Bu barədə qərar bu gün Mərkəzi Seçki Komissiyasının iclasında qəbul edilib.  DSK sədri İmran Hüseynəliyevi Qarat Qaratov əvəzləyib. İ.Hüseynəliyev öz xahişi ilə vəzifəsindən azad edilib. Qeyd edək ki, bu dairədən parlament seçkilərinə namizədlər Ümid partiyasının sədri İqbal Ağazadə və “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğludur. […]

Ombudsmanın əməkdaşları həbsdə olan AXCP fəalı ilə görüşüb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Daxili İşlər Nazirliyinin (DİN) İnzibati Həbs Olunanların Saxlama Mərkəzinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib. Ombusdman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, MPQ üzvləri tərəfindən müəssisədə saxlanma şəraiti, tibbi yardımın təşkili, qidalanma, habelə görüş, telefon danışığı, sovqat qəbulu, gəzinti ilə bağlı hüquqların təmini […]

Sabir Rüstəmxanlı Bankə qəsəbəsində seçiciləri dinlədi – FOTOLAR

Xalq şairi, 61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd Sabir Rüstəmxanlı Neftçala rayonunun Bankə qəsəbəsində sakinlərlə görüşüb. BakuPost xəbər verir ki, S.Rüstəmxanlı görüş zamanı sakinlərin istək və təkliflərini dinləyib, onlarla fikir mübadiləsi aparıb. O, həmçinin, sakinləri narahat edən məsələlərlə bağlı qeydlər edib və problemin həlli istiqamətində işlər görməyə hazır olduğunu bildirib. Qəsəbə sakinləri fevralın 9-da keçiriləcək […]

MSK növbədənkənar parlament seçkilərində bir təşkilatın exit-poll üçün akkreditasiyası barədə qərar qəbul edib

Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar exit-poll keçirmək üçün müraciət etmiş  Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (“AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə) müraciətinə baxılıb. APA-nın məlumatına görə, MSK Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (“AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə  akkreditasiyası barədə qərar qəbul edib.   Qeyd edək ki, […]

Türkiyədə zəlzələdə ölənlərin sayı 40 nəfərə çatıb

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb. APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində Elazığda 36 nəfər, Malatyada isə 4 nəfər ölüb. Zəlzələ nəticəsində 1607 nəfər xəsarət alıb. İndiyə kimi dağıntılar altından 45 nəfər xilas edilib. Xatırladaq ki, yanvarın 24-də yerli vaxtla saat 20:55-də Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 […]

AQTA 9 ölkədən diri quş və quş məhsullarının idxalına QADAĞA

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə həyata keçirilən tədbirlərlə bağlı məlumat yayıb. AQTA-dan verilən xəbərə görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Hindistanın Çxattisqarx, Slovakiyanın Nitryansk və Trnavsk, Rumıniyanın Maramureş, Macarıstanın Haydu-Bihar və Komarom-Esterqom, Polşanın Nijnesilezsk və Zapadno-Pomorsk, Ukraynanın Vinnitsa, Çexiyanın Vısoçina, Almaniyanın Brandenburq bölgələrində yüksək […]

Əhali artıb, amma qaz, elektrik istehsalı kəskin azalıb – Paradoksun səbəbi nədir?

“2008-2018-ci illərdə əhalinin sayı 13% artıb – 1.1 milyon nəfərdən söhbət gedir. Amma rəsmi statistikaya baxanda məlum olur ki, həmin müddətdə vətəndaşların məişətdə təbii qazdan istifadəsi 1% (30 mln. kubmetr) azalıb. Eyni vəziyyət elektrik enerjisində də müşahidə edilib. 2008-2018-ci illərdə ev təsərrüfatlarının istehlak etdiyi elektrik enerjisinin həcmi təxminən 10% və 700 mln. kvt. saat azalıb”. AzPolitika.info xəbər verir ki, […]

AŞPA-ya yeni prezident seçilib

Belçikalı senator Hendrik Daems iki il müddətinə AŞPA-nın yeni prezidenti seçilib. “Report”un Fransa bürosu xəbər verir ki, o, bu vəzifədə isveçrəli deputat Liliane Maury Pasquieri əvəzləyib. AŞPA prezidenti iki il müddətinə seçilir. Qeyd edək ki, AŞPA prezidentliyinə növbəti seçkilər 2022-ci ilin yanvar ayında baş tutacaq. Bu zaman AŞPA prezidenti Avropa Xalq Partiyasından seçiləcək.

Həcc ziyarətinə getmək üçün sənəd qəbulu başlayıb – QİYMƏT

Bu gündən Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbuluna başlanılıb. “Report”un əldə etdiyi məlumata görə, artıq ziyarətə getmək üçün 4 nəfər müraciət edib. Sənədlərin qəbulu may ayına kimi davam edəcək. Qiymətlərə gəlincə, bu il ötən ilki ilə müqayisədə (ötən il 4285 dollar) 205 dollar bahalaşma olub. Belə ki, Həcc ziyarətinə getmək istəyən şəxslər 4490 dollar […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031