35 saylı dairənin ümid yeri İqbal Ağazadə

35 saylı Xətai üçüncü seçki dairəsindən namizədliyini irəli sürən Ümid Partiyasının sədri İqbal Ağazadənin seçgi qərargahının toplantısı keçirilib. ANAXEBER.info-nun məlumatına görə, bu, təşviqat kampaniyası öncəsi seçki qərargahının sonuncu toplantısı olub. Toplantıda təbliğat və tşviqat kampaniyası ilə məsələlər müzakirə edilib. Toplantıda çıxış edən İqbal Ağazadə seçki qərargahının üzvlərinə, həmçinin seçicilərinə təşəkkürünü bildirib. “40 min insana çox […]

Emin Axundzadə: “Karbamid zavodunun fəaliyyəti Azərbaycan iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyır”

Ötən ilin yanvarın 16-da SOCAR-ın Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş Karbamid zavodu istifadəyə verilib. Zavod il ərzində 435 mln. kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə, 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin 70%-i ixrac üçün nəzərdə tutulur. Zavodun məhsulu ixrac olunmaqla yanaşı, daxili bazara da yönəldilir. Karbamid Zavodunun […]

Məktəblərin qış tətilinin vaxtı açıqlanıb

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayır. Təhsil Nazirliyindən verilən məlumata görə, tətil 27-31 yanvar tarixlərini əhatə edəcək. Altıgünlük tədris həftəsi ilə işləyən məktəblərdə fevralın 1-i, beşgünlük tədris həftəsi ilə işləyən məktəblərdə isə fevralın 3-ü iş günüdür. Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Dövlət Komitəsi efirdə uşaq hüquqlarının pozulması ilə bağlı məlumat yayıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi efirdə uşaq hüquqlarının pozulması ilə bağlı müraciət edib. Müraciətdə deyilir: “Son illər ölkədə demokratik inkişafın tərkib hissəsi kimi söz və məlumat azadlığının tam təmin edilməsi sahəsində məqsədyönlü addımlar atılıb, institusional və qanunvericilik islahatları həyata keçirilib. Azərbaycan Respublikasının Konstitusiyası, “Kütləvi informasiya vasitələri haqqında”, “İnformasiya əldə etmək haqqında” və […]

DSK-larda deputatlığa namizədlərin qeydə alınması prosesi başa çatır

Bu gün Azərbaycanda fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar dairə seçki komissiyaları (DSK) tərəfindən deputatlığa namizədliyin qeydə alınması prosesi başa çatır. Bunu “Report”a açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib. O bildirib ki, bu gün 18:00-da Milli Məclisə seçkilərlə əlaqədar dairə seçki komissiyaları tərəfindən deputatlığa namizədliyin qeydə alınması prosesi başa çatacaq.

Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzi tikiləcək – SƏRƏNCAM

Prezident İlham Əliyev Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 8,8 milyon manat ayrılıb.

Samir Nuriyevə yeni vəzifə verilib – Vətəndaşlıq Məsələləri Komissiyasının sədri təyin edilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 106 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 106 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının […]

Prezident Əli Nağıyevə yeni vəzifə verdi

Prezident İlham Əliyev “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 noyabr tarixli 519 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilir: “Komissiyanın sədri Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Komissiyanın üzvləri: Azərbaycan Respublikası Müdafiə […]

Hüseyn Abdullayevin məhkəməsində prokuror çıxış üçün vaxt istəyib

Bakı Apelyasiya Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, anası Zeynəb Abdullayeva və digərlərinin şikayəti üzrə məhkəmə prosesi davam edib. APA-nın məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Zeynəb Abdullayeva çıxış edib. O, məhkəmədən özü və oğlu Hüseyn Abdullayev barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Daha sonra Z. Abdullayevanın vəkili Vasif Mirzəyev də çıxış edərək […]

Rusiya Duması Mixail Mişustini Baş Nazir vəzifəsinə təsdiqləyib

Bu gün Rusiya Dövlət Dumasının plenar iclası keçirilib. APA-nın Moskva müxbirinin xəbərinə görə, plenar iclasda Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin Rusiyanın Baş Naziri vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqda məsələ müzakirəyə çıxarılıb. Rusiya parlamentinin spikeri Vyaçeslav Volodin plenar iclası açıq elan etdikdən sonra Rusiya Prezidentinin Dövlət Dumasındakı səlahiyyətli nümayəndəsi Qarri Minx çıxış edib. O, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2020
BE ÇA Ç CA C Ş B
« Dek   Fev »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031