Azərbaycanda 292 nəfər deputatlığa namizədliyini geri götürüb

Deputatlığa namizədliyi qeydə alınan 1637 nəfərdən indiyə qədər 292 nəfəri namizədliyini geri götürüb. “Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. MSK sədri bir daha deputatlığa namizədlərə müraciət edib. M.Pənahov iddiaçıları namizədliyini geri götürməməyə çağırıb.

Deputatlığa namizədlərin sayı açıqlanıb

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib. “Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. MSK sədri bildirib ki, hazırda 1345 nəfər deputatlığa namizəd mandat uğrunda mübarizə aparır.

İki həftə əvvəl gəlin köçən yeniyetmə qız öldü 

Masallı rayonunda azyaşlı qız gəlin köçdüyü evdə ölüb. Hadisə bu gün səhər saatlarında baş verib. Rayonun Həsənli kənd sakini olan yetkinlik yaşına çatmayan qız iki həftə öncə Xoşçobanlı kəndindən olan oğlanla evləndirilib. Onlar üçün təmtəraqlı toy məclisi də qurulub. Hazırda qızın meyiti daxili müayinə üçün ekspertizaya verilib. Masallı rayon prokurorluğundan “Qafqazinfo”ya məlumatı təsdiqləyiblər. Bildirilib ki, […]

Ötən il şagirdlərin qısnama hallarına görə 1 nəfər işdən azad edilib

2019-cu ildə Təhsil Nazirliyinin xüsusi hallarla bağlı 146-2 “Qaynar xətt” xidmətinə 154 müraciət daxil olub. Nazirlikdən “Cümhuriyyət”ə verilən məlumata görə, Bakı şəhəri də daxil olmaqla, 5 şəhər və 31 rayon ümumi təhsil müəssisəsindən daxil olan müraciətlər şagirdlər arasında qısnama (bulinq) halları və ya şagird-müəllim arasında yaranmış münaqişə vəziyyətləri ilə bağlıdır. Təhsil Nazirliyinin tapşırığına əsasən, müraciətlər […]

SOCAR: OPEC+ təşəbbüsü effektivliyini göstərə bilir

“Azərbaycanın iştirak etdiyi OPEC+ təşəbbüsü (Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) daxil olmayan ölkələr – red.) 2016-cı ildən bəri dünya bazarlarında neftin qiymətinin sabitləşməsinə xidmət edir”. “APA-Economics”in verdiyi məlumata görə, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov APA TV-in “APAralel” verilişində qonaq qismində iştirak edərkən bildirib. Onun sözlərinə görə, OPEC təşkilatı […]

Ukrayna Azərbaycandan qaz ala bilmək üçün şərtləri açıqladı

“Cənub Qaz Dəhlizi”nə qoşulacağı təqdirdə, Ukrayna qaz kəmərinin gücünün artırılmasının ikinci və üçüncü mərhələləri çərçivəsində Azərbaycandan qaz ala biləcək. Bunu Trend-ə Ukrayna Energetika və Ətraf Mühitin Mühafizəsi Nazirliyindən deyiblər. Nazirlikdən bildiriblər ki, Ukrayna təbii qazın tədarük mənbələri və marşrutlarının şaxələndirilməsində maraqlıdır: “Bundan başqa, biz xam neftin tədarük olunması məsələləri üzrə əməkdaşlığın genişlənməsində maraqlıyıq və Azərbaycandan […]

“Paşinyan azərbaycanlıların edə bilmədiyini etdi” – Koçaryan

Həbsdə olan Ermənistanın eks-prezidenti Robert Koçaryan geniş müsahibə verib. Modern.az xəbər verir ki, o özünə məxsus Ermənistanın “Yerevan.Today” saytına geniş yazılı müsahibə verib. Eks-prezident Nikol Paşinyanı növbəti dəfə ölkəni fəlakətə aparmaqda ittiham edib. Koçaryanın məhz onun inqilab eyforiyasından çıxmış ölkəni xilas edəcəyini də əlavə edib. “Tale mənə Qarabağ uğrunda azadlıq mübarizəsinə başçılıq etməyi qismət edib. […]

Azərbaycanda nə qədər şəxs müavinət və təqaüd alır? – RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ötən il 488,8 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 291,6 min nəfərə Azərbaycan Prezidentinin təqaüdlərini ödəyib. Nazirlikdən “Cümhuriyyət”ə verilən məlumata görə, yaşa, əlilliyə, ailə başçısını itirməyə görə, habelə sağlamlıq imkanları məhdud uşaqlara, müharibə əlilləri və şəhid ailələrinin, I və II qrup Çernobıl AES əlillərinin, müddətli hərbi xidmət qulluqçularının, […]

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ABŞ səfiri ilə görüşüb

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerin təşəbbüsü ilə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevlə görüş keçirilib. Bu barədə icmadan məlumat verilib. Görüş zamanı Tural Gəncəliyev Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması haqqında ABŞ səfirinə ətraflı məlumat vermişdir. Tural Gəncəliyev Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinin […]

Baş infeksionist: “Azərbaycana gələn bütün insanlar koronavirusla bağlı yoxlanılır”

“Ölkədə koronavirusla bağlı vəziyyət stabildir, heç bir xəstələnmə halı yoxdur”. Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, buna baxmayaraq, koronavirusun yayılma ehtimalı yox deyil: “Bu, istisna olunmur. Bunun qarşısının alınması istiqamətində çoxlu tədbir görülür. Ölkəyə daxi olan bütün insanlar koronavirusla bağlı yoxlanılır. Xəstələr olarsa, onlardan patoloji material götürülüb öyrəniləcək. Nəsə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031