Erməniyə görə soydaşımızı vuran rusu “başa saldılar”: üzrxahlığa gəldi – VİDEO

26.07.2020 - 23:49

Bu video iki hissəlidir, bir yarısı 2-3 gün əvvəl çəkilib, o bir yarısı – bu gün. Videoda görünənlər isə eyni adamlardır – 27-28 yaşlı azərbaycanlı meyvə-tərəvəz satıcısı və 35-38 yaşlı idmançı cüssəli, slavyan görünüşlü şəxs.
Videonun birinci hissəsində rusun necə aqressiv olduğu və idmançı cüssəsindən istifadə edərək həmvətənimizi fiziki təzyiqə məruz qoyduğu, təhqir etdiyi görünür. Hətta axırda hündürdən və qəzəbli səslə soruşur: “Ponyal?” (“Başa düşdün?”). Onun bu cür aqressivliyinin səbəbi isə erməni təəssübkeşliyidir. Azərbaycanlı satıcı “erməniyə mal satmıram”, deyə, elan yapışdırıb. Bu da videoda görünən rusun xoşuna gəlməyib və…
İkinci hissədə isə onun gəlib döydüyü azərbaycanlıdan üzr istədiyi, baş verənlərin anlaşılmazlıq olduğunu dediyi görünür. Bu, o deməkdir ki, artıq onun özünü başa salıblar ki, düz hərəkət etməyib. Onun başa salındığına dəlalət edən fakt odur ki, idmançı rus həmvətənimizlə söhbət edərkən videokameraya yaxşı düşsün deyə, yanpörtü durur.
Əlbəttə, videonun birinci hissəsi – ermənilərə sərf edən həmin videogörüntü təşkil olunmuş aktın lentə alınmasından ibarət idi. İkinci hissə də təsadüfi çəkiliş deyil. Bunu da bizimkilər təşkil ediblər. Belə olmalıdır – sadə və sakit zəhmətkeşi təhqir edənlər sonda üzr istəməlidirlər. Onları başa salmaq lazımdır. Heç nə özbaşına olmur. Demək, kadr arxasında da güclü olmaq lazımdır ki, üstümüzə aqressiya püskürən bir gün gəlib belə üzr istəsin.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=150960

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930