Vilayət Eyvazov Sumqayıta yeni rəis təyin etdi

Sumqayıta yeni polis rəisi təyin edilib. APA xəbər verir ki, bununla bağlı Daxili İşlər Naziri Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki Fəqan Azadəliyev Lənkəran rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilərək Sumqayıt şəhər Polis İdarəsinə rəis təyin edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya təsdiqləyib.

Los-Ancelesdə çəkiliş meydanında partlayış olub, yaralananlar var

ABŞ-ın Los-Anceles şəhərinin (Kaliforniya ştatı) şimal-qərb ətrafındakı çəkiliş meydanında partlayış olub, üç nəfər yaralanıb. “Report” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır kimi qiymətləndirilir. Partlayışın səbəbləri barədə hələlik məlumat yoxdur. Hadisə yerində başlanmış yanğın artıq söndürülüb.

Səudiyyə Ərəbistanı 20 ölkənin vətəndaşlarının ölkəyə girişini qadağan edib

Bu gündən etibarən COVID-19 pandemiyasının geniş yayıldığı 20 ölkənin vətəndaşlarının Səudiyyə Ərəbistanına girişi qadağan edilib. Bu qərar yalnız diplomatlara, həkimlərə və onların ailə üzvlərinə şamil olunmur. AZƏRTAC xəbər verir ki, krallığa girişi qadağanın tətbiq edildiyi ölkələrin arasında ABŞ, Yaponiya, Almaniya, həmçinin Misir, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Livan da var. Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin […]

İcra başçısı özünə yeni müavin təyin etdi

Ağstafa Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub. Bununla bağlı RİH-nin başçısı Seymur Orucov əmr imzalayıb. Əmrə əsasən, İlqar Hacıyev Ağstafa RİH-nin başçısının müavini – Sosial –iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Qeyd edək ki, o, bu təyinatadək kadrlar şöbəsində çalışıb.

Photo Gallery

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728