Rusiya Gümrüyə hərbi yüklərini Azərbaycan üzərindən aparır – FOTO

Rusiya Ermənistandakı 102-ci hərbi bazasının təchizatını Azərbaycanın hava məkanı vasitəsilə təmin edir.   Ötən gün Rusiya Müdafiə Nazirliyinin An-124 təyyarəsi Azərbaycan ərazisindən keçərək, İrəvan yaxınlığındakı Erebuni aerodromuna eniş edib.   Bazanın təchizatının İranla yanaşı, Azərbaycanın hava məkanı vasitəsilə də həyata keçiriləcəyi açıqlanıb.   Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasında 5 mindən çox hərbçi, 100-dən artıq […]

Məleykə Abbaszadə ixtisas qruplarındakı dəyişikliyə AYDINLIQ GƏTİRDİ

“Bu il yox, gələn tədris ilində birinci qrup üzrə imtahan verən və informatika ixtisasını seçmək istəyən abituriyentlər üçün kimya fənnindən deyil, informatikadan imtahan vermək şansı yaradılacaq”.   Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının Sədri Məleykə Abbaszadə jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.   M.Ababszadə deyib ki, III ixtisas qrupunda bəzi ixtisaslar üzrə imtahan fənləri dəyişdirilir: […]

Yaşayış minimumun məbləği ARTIRILACAQ

Azərbaycanda 2022-ci il üçün yaşayış minimumunun ölkə üzrə məbləği artırılır.   Bununla bağlı məsələ “2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.   Qanun layihəsinə əsasən, 2022-ci ildə ölkə üzrə yaşayış minimumunun məbləğinin 205 manat müəyyən edilməsi nəzərdə tutulur. Qanun layihəsi Milli Məclisə daxil olub və növbəti iclaslarda müzakirəyə çıxarılması nəzərdə tutulur.   […]

Qarabağın növbəti qonağı kim olacaq? – Putin, İmran Xan, yoxsa Zelenski?..

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsindən sonra iki dəfə Qarabağda oldu. Birinci dəfə Şuşada oldu, dünən də Füzuli və Zəngilanda. Füzuli Hava Limanı beynəlxalq statusa malikdir. Bu o deməkdir ki, Füzuli Hava Limanı istənilən dövlətin rəsmi nümayəndə heyətini daşıyan təyyarəni qəbul etməyə hazırdır. Əsas sual budur: Türkiyədən sonra hansı digər dövlətin rəhbərinin təyyarəsi Füzuli […]

Vilyam Hacıyev təcridxanaya qaytarıldı

Mərkəzi Gömrük Hospitalında koroavirus infeksiyasından müalicə alan İmişli rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin müalicə müddəti başa çatıb.   Ədliyyə Nazirliyindən verilən məlumata görə, sabiq başçı Vilyam Hacıyev sağalaraq istintaq təcridxanasına qaytarılıb.   Xatırladaq ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev ötən il mayın 5-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. […]

Koronavirusa yoluxan şagird və müəllimlərin SAYI

Respublikanın ümumtəhsil məktəbləri üzrə bu vaxta qədər 5042 şagird və 3388 müəllim koronavirusa yoluxub.   Bu barədə  Təhsil Nazirliyindən məlumat verilib.   Qeyd olunub ki, ölkədə mövcud 4432 ümumtəhsil məktəbindən 31-i distant təhsilə keçib.   “Ümumtəhsil məktəbləri arasında distant təhsilə keçid 0,7 faiz təşkil edir. Həmçinin respublika üzrə 89 min 674 sinifdən 697-də ənənəvi tədris […]

İranda yanacaq satışı dayandırıldı

İranda benzin paylama sisteminə kiberhücum səbəbindən bir çox yerlərdə yanacaq satışı dayanıb.   Kiberhücumun hələlik haradan edildiyi bilinmir, bir çox yerdə uzun növbə yaranıb.   Ölkə rəsmiləri kiberhücum nəticəsində yaranan nasazlığı aradan qaldırmağa çalışdığını və heç bir nasazlıq olmadığı təqdirdə sabaha qədər problemi həll edəcəklərini bildirib.

Kamaləddin Qafarov: “ Qubadlıda icra olunan infrastruktur layihələri dinamik inkişafa hesablanıb”

“Bu gün işğaldan azad edilmiş bütün digər bölgələrimiz kimi, Qubadlı şəhəri və rayonun kəndləri də sürətlə bərpa edilir. Ötən bir il ərzində bu istiqamətdə böyük işlər görülüb. Bu müddət ərzində Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbycan dövləti çox genişmiqyaslı quruculuq işləri görür, şəhər və kəndlərimizin bərpasını reallaşdırır. Hazırda Qubadlıda infrastruktur layihələri də sürətlə icra olunmaqdadır. […]

Səttar Möhbalıyev: “Füzuli Beynəlxalq Hava Limanının açılması qələbəmizin davamıdır”

“Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasəti, Azərbaycan xalqının sarsılmaz birliyi və yenilməz Ordumuzun qəhrəmanlığı sayəsində qazandığımız parlaq qələbə bizi növbəti uğurlara daşımaqdadır. Vaxtı ilə utopik görünən arzularımız indi realdır. İşğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri sürətlə və keyfiyyətli şəkildə davam etdirilir. Artıq bir sıra iri layihələrin icrası tamamlanıb. Ötən gün Qarabağın hava qapısı adlandırılan Füzuli […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031