Çıxışı zamanı azərbaycanlı qızcığaz Bayraktarı qucaqladı – VİDEO

“TEKNOFEST Azərbaycan”ın açılış mərasimi baş tutub. Festivalın açılışında “Baykar Makina” şirkətinin texniki direktoru Səlcuq Bayraktar çıxış edib. Bu zaman azərbaycanlı qız S.Bayraktara yaxınlaşaraq onu qucaqlayıb. Baku TV həmin görüntüləri təqdim edir:

Hadrutda televiziya stansiyası istismara veriləcək

Yaxın zamanlarda Hadrutda televiziya stansiyasının istismara verilməsi planlaşdırılır. Cumhuriyyet.az-ın məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov deyib. Onun sözlərinə görə, Qarabağda kommunikasiya xətlərinin tikintisi plana uyğun davam edir. “Artıq IT infrastrukturunun tikintisi üzrə işlərin böyük hissəsi görülüb”, – R.Rüstəmov bildirib.

Elxan Məmmədov Ukraynaya getdi – Nazirlə görüşüb

FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov Ukraynaya işgüzar səfər edib. Cumhuriyyet.az xəbər verir ki, AFFA-nın sabiq baş katibi Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko, baş katib Yuri Zapisotski, ölkənin gənclər və idman naziri Vadim Quttsaytla görüşüb. E.Məmmədov görüşdən məmnun olduğunu vurğulayıb.

Emoməli Rəhmondan Azərbaycanla bağlı XOŞ SÖZLƏR

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Cumhuriyyet.az-ın xəbərinə görə, məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu. Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə tacik xalqı adından və şəxsən öz adımdan böyük məmnuniyyətlə Sizə və bütün dost Azərbaycan xalqına səmimi təbriklərimizi göndərirəm. Tacikistan özünün mühüm tərəfdaşının sosial-iqtisadi inkişaf və beynəlxalq […]

Azərbaycanla Türkiyə arasında 4 sənəd imzalanacaq

“Türkiyənin Sənaye və Texnologiya Nazirliyi ilə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında imzalanan birgə əməkdaşlığa dair protokola uyğun olaraq Türkiyədəki texnoparkların bənzərini Azərbaycanda qurmaq niyyətindəyik”. Cumhuriyyet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank deyib. Onun sözlərinə görə, söhbət startapçılar üçün yaradılacaq məkandan gedir ki, onlar burada öz layihələrini […]

Prezident Füzulidə yol tikintisi ilə tanış oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli rayonunda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanış olublar. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Xəbər yenilənəcək.

İlham Əliyev və Ərdoğan “Texnofest Azərbaycan”ı ziyarət edəcək

Mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Texnofest Azərbaycan” festivalını ziyarət edəcək. Cumhuriyyet.az xəbər verir ki, bu barədə bu gün “Texnofest Azərbaycan” festivalında Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank bildirib.

Çavuşoğlu və Stoltenberq Ukraynanı müzakirə etdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Çavuşoğlu və Stoltenberq regiondakı vəziyyəti, eləcə də Rusiya-Ukrayna müharibəsini müzakirə edib.

Sabahın havası: Yenə yağış, dolu…

Bakıda və Abşeron yarımadasında mayın 27-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən Cumhuriyyet.az-a verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-15° isti, gündüz 19-24° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 […]

Qarabağ qardaşlığımızın zirvəsidir – Bayraktar

“Bu gün ölkələrin müstəqilliklərini qorumaları üçün yüksək texnologiyalara malik olmasının nə dərəcədə əhəmiyyətli olduğunu görürük”. Cumhuriyyet.az xəbər veir ki, bunu bu gün “Texnofest Azərbaycan” texnoloji festivalında Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar bildirib. Selçuq Bayraktar deyib ki, uğurların əsası inanmaqdan keçir: “İnsanı ən çətin anda belə motivasiya edən inancı və hədəflərdir. Atam Özdəmir Bayraktarın […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031