Ərdoğanın heç yerdə yayınlanmayan görüntüləri – NADİR FOTOLAR

Türkiyəli məşhur yazar Abdülkadir Selvi Prezident Rəcəb Tayyib Ərdoğanın sinif yoldaşı Hüdavər Güngörü tapıb, onunla həmsöhbət olub və Türkiyə liderinin gənclik illərində çəkdirdiyi nadir fotoları əldə edib. Cumhuriyyet.az xəbər verir ki, Hüdavər Güngör Ərdoğanla bağlı öz xatirələrini bölüşüb. “Biz “İmam Hatip” məktəbində eyni sinifdə oxumuşuq. Aramızda başqa bir səmimiyyət, ayrı bir bağ var idi. Biz […]

Anklavlar ləğv olunub – Qazaxın 7 kəndi yeni xəritədə

Vikipediya açıq platformasının tərtib etdiyi yeni xəritədə Qazaxın 7 kəndi anklav kimi deyil, Azərbaycanın əsas ərazisinə birləşdirilmiş formada verilib. Cumhuriyyet.az Publika.az-a istinadən xəbər verir ki, hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Qazaxın 7 yaşayış məntəqəsi – Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrlimli kəndləri Azərbaycanın Ermənistan ərazisindəki anklavları […]

Uşaqlar ABŞ-da Putinin heykəlini sulayır

ABŞ-ın Nyu-York şəhərində uşaq meydançasında Rusiya Prezidenti Vladimir Putinin heykəli ucaldılıb. Cumhuriyyet.az xarici KİV-ə istinadən xəbər verir ki, uşaqlar su tapançaları ilə Putinin heykəlini hədəfə alıblar. Qeyd edək ki, Putinin heykəli fransız rəssamı Ceyms Kolominaya məxsusdur. Rəssamın sözlərinə görə, oyun meydançasında uşaqların Putinin heykəlinə münasibəti, onların zorakılıq və dağıdıcı hadisələr qarşısında göstərdiyi cəsarətdən xəbər verir.

Erməni hərbçiləri Qarabağdan təcili ÇIXARILIR

İki il əvvəl Ermənistanda hərbi xidmətə çağırılan və Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən hərbi hissələrdə xidmətə göndərilən erməni hərbçilər təcili olaraq vəzifələrindən azad edilirlər. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müxalifətçi deputatı Tiqran Abrahamyan özünün “Facebook” hesabında yazıb. Abrahamyanın sözlərinə görə, Ermənistandan Qarabağa çağırış sonuncu dəfə 2020-ci ilin iyul-avqust aylarında baş tutub. Deputat […]

Qarabağa səfərlərə MƏHDUDİYYƏT – Bu şəxslər gedə bilməz!

Azərbaycanda olan xarici vətəndaşların işğaldan azad edilmiş ərazilərə turistik səfərləri təşkil olunmur. Bu barədə Cumhuriyyet.az-ın sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən məlumat verilib. Bildirilib ki, hazırda işğaldan azad olunmuş bölgələrə xarici ölkə vətəndaşlarının yalnız işgüzar səfərləri həyata keçirilir. Qeyd edək ki, əcnəbi turistlər fərdi şəkildə Qarabağa təşkil edilən avtobus səfərlərindən də istifadə edə bilməzlər. Belə […]

Prezidentdən Biləsuvar sakinlərinə ŞAD XƏBƏR

Prezident İlham Əliyev Biləsuvar rayonunun Əliabad-Xırmandalı-Bəydili avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Cumhuriyyet.az xəbər verir ki, sərəncamla on doqquz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Əliabad-Xırmandalı-Bəydili avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş […]

Prezident birinci xanımla zavod açılışında – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Grand-Agro İnvitro” Məhdud Məsuliyyətli Cəmiyyətinin müəssisəsinin fəaliyyəti ilə tanış olublar və “Azbadam” Məhdud Məsuliyyətli Cəmiyyətinin badam emalı zavodunun açılışında iştirak ediblər. Cumhuriyyet.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Grand-Agro İnvitro” MMC-nin icraçı direktoru Taleh Zeynalov dövlətimizin başçısına və birinci xanıma müəssisənin fəaliyyəti barədə […]

Azərbaycan XİN-dən Ermənistana XƏBƏRDARLIQ

Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, 3 avqust 2022-ci il tarixində Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Laçın rayonu istiqamətində Azərbaycan Ordusunun bölmələrinin mövqeləri intensiv atəşə tutulub, nəticədə hərbi qulluqçu əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Bu barədə Cumhuriyyet.az-a Azərbaycan XİN-dən məlumat verilib. Bildirilib […]

DİN və DSX-dan birgə ƏMƏLİYYAT

Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının Yardımlı rayonu ərazisində birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayon sakini, 2006-cı il təvəllüdlü şərti adı A.A tutularaq üzərindən 26 qram metamfetamin aşkar olunaraq götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Cumhuriyyet.az-a verilən məlumatda bildirilib. Davam etdirilən tədbirlərlə narkokuriyerliyə cəlb edilən yetkinlik yaşına çatmayan şəxsin […]

Laçında şəhid olan Anar 4 ayın əsgəri imiş

Bu gün şəhid olan əsgər Kazımov Anar Rüstəm oğlu əslən Şəmkir rayonundandır. Cumhuriyyet.az Oxu.az-a istinadən xəbər verir ki, A.Kazımov 2004-cü ilin fevralın 16-da rayonun Qaracəmirli kəndində doğulub. O, bu ilin aprel ayında Şəmkir Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Məlumata görə, şəhid A.Kazımov subay olub. Onun bir bacısı və bir qardaşı var. Hazırda doğulduğu rayonda […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2022
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031