Berat Albayrak: “Petkim”də aparılan yoxlamaların SOCAR-la əlaqəsi yoxdur”

“Türkiyə iqtisadiyyatına verdiyi töhfələrə və sıx əməkdaşlığa görə SOCAR-a dəstəyimizi davam etdirəcəyik”. “Report” “Milliyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak bildirib. Bir neçə gün əvvəl Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə görüşən nazir SOCAR-ın Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və STAR neft emalı zavodu kimi birbaşa […]

Türk iş adamı Barak Obamaya sual verdi: “Güləni nə vaxt qaytarırsız?” – Cavab…

ABŞ-da yaşayan türk iş adamı, Demokratlar Partiyasının üzvü Murad Gözəl bu partiyanın prezidentliyə namizədi Hillari Klintonun seçki kampaniyasına dəstək məqsədilə Antantada düzənlənən və prezident Barak Obamanın da fəxri qonaq kimi iştirak etdiyi işçi nahar zamanı Birləşmiş Ştatlar prezidentinə Fətullahçı Terror Təşkilatının (FETÖ) qiyam cəhdi Fətullah Gülənin ekstradiyası ilə bağlı sual ünvanlayıb. Teleqraf.com Türkiyə mediasına istinadən […]

“Koroğlu” körpüsündə intihar cəhdinin qarşısı alınıb

Bakıda 25 yaşlı oğlan intihara cəhd edib. “Report”un xəbərinə görə, Bakı şəhər sakini 1991-ci il təvəllüdlü Teymur Paşayev özünü öldürmək məqsədilə metronun “Koroğlu” stansiyasının yaxınlığındakı asma körpüyə çıxmaq istəyərkən Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən qarşısı alınıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Öz övladının qatilinə cevrilən valideynlər cəzalandırılacaq – QANUN LAYİHƏSİ HAZIRLANIR

…İyulun 30-da Suraxanı rayonunun Əmircan qəsəbəsində azyaşlı Nuray Əfəndiyeva yaşadığı mənzilin pəncərəsindən yıxılıb və hadisə yerində ölüb. Bir gün əvvəl isə Nizami rayonunda 3 yaşlı uşaq yaşadığı binanın eyvanından yıxılmışdı… Son vaxtlar az qala hər gün valideyn nəzarətsizliyindən pəncərədən, eyvandan yıxılıb ölən uşaqlarla bağlı xəbərlər oxuyuruq. Təkcə iyul ayında 6 uşaq valideyn məsuliyyətsizliyinin qurbanı olub. […]

İçki və siqaretlə bağlı yeni məhdudiyyət – Qanun

Gələn həftə Azərbaycana gömrük ödənişləri ödənilmədən gətirilən ərzaq, alkoqollu içki və siqaretlə bağlı məhdudiyyət qüvvəyə minəcək. Bu, Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nda dəyişikliklər edilməsi barədə 8 iyul 2016-cı il tarixli qərarında əksini tapıb. Qərar avqustun 8-də qüvvəyə minəcək. Bu qaydalar […]

FETÖ əməliyyatı NASA-da! – FOTO

FETÖ-ya qarşı əməliyyat çərçivəsində türk əsilli ABŞ vətəndaşı da həbs olunub. 36 yaşlı Serkan Kölgə Türkiyədə camaat məktəblərində oxuyub. Daha sonra Amerikaya köçüb və orada da F.Gülənlə təmaslar qurub. Onun ABŞ kəşfiyyatına casusluq etdiyi deyilir. S.Kölgə yaxınlarını görmək üçün Hataya gələrkən Türkiyə polisi tərəfindən saxlanılıb. ABŞ Milli Aeronavtika və Kosmis İdarəsində (NASA) işləyən S.Kölgənin FETÖ […]

Şəkidə ağır yol qəzası baş verib

Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib. Şəki Şəhər-Rayon Polis Şöbəsindən verilən məlumata görə, qəza dünən axşam saat 20:30 radələrində rayonun İbrahimkənd kəndinə gedən yolda qeydə alınıb. Rayonun Cəfərabad kənd sakini, 1983-cü il təvəllüdlü Umar Oqtay oğlu Rüstəmov idarə etdiyi “Hyundai” markalı 99 KV 429 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə maşın yolun […]

Sabah Azərbaycanda havanın temperaturu 42 dərəcəyədək yüksələcək

Avqustun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25 dərəcə isti, gündüz 35-38dərəcə isti, Bakıda gecə 23-25dərəcə isti, gündüz 36-38dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 757 mm civə sütunu […]

Meyiti xəstəxanadan qaçırdılar – Lənkəranda

Lənkəranda vəfat etmiş şəxsin meyiti xəstəxanadan qaçırılıb. Rayonun İstisu qəsəbəsindən olan 1968-ci il təvəllüdlü yerli sakin Əliyev İlham Şahüseyn oğlu ötən gün axşam saatlarında epilepsiya tutması adı altında xəstəxanaya daxil olub. Lakin Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin üzərində həyat əlamətləri olmayıb. Bundan xəbər tutan qohumlar meyiti xəstəxanadan qaçırmaq istəyiblər. Onların şübhəli hərəkətləri […]

Milli Məclisin deputatı faizə pul verir – RÜSVAYÇI FAKT

Xəbər verdiyimiz kimi, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatı Rüfət Quliyev sələmçiliklə məşğul olmaqda, faizə pul verməkdə ittiham olunur. Məlumatda bildirilir ki, deputat Rüfət Quliyev 2011-ci ildə bir dostunun vasitəsiylə Cəfərov Namiq adlı şəxslə münasibət qurub. Daha sonra onunla iki öhdəlik müqaviləsi bağlayaraq, aylıq 8-10 faiz omaqla 30 min dollar […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031